“Səhiyyəmiz
yoluxucu
xəstəliklərlə tam mübarizə
aparmaq qüdrətindədir
”
- Bəs Səhiyyə nazirliyinin baş
epidemioloqu kimi ölkədəki epidemioloji
vəziyyəti necə xarakterizə edərdiz?
- Ölkəmizdə hər sahədə gedən
sürətli inkişaf, tərəqqi göz qabağın-
dadır. Aydın məsələdir ki, səhiyyə
sahəsi də bu inkişafdan kənarda qal-
mayıb. Bu sahə sözün əsl mənasında
xeyli inkişaf edib. Səhiyyə Nazirliyinin
Baş epidemioloqu kimi əmin edirəm
ki, Azərbaycan digər respublikalardan
fərqli olaraq yoluxucu xəstəliklərlə
tam mübarizə aparmaq qüdrətindədir.
Buna həm səhiyyəmizin cənab prezi-
dentin diqqət mərkəzində olması, həm
də maddi cəhətdən imkanlı bir ölkə ol-
mağımız əsas verir. Düzdür, yoluxucu
xəstəliklərin müəyyən qismi fəsillərlə
əlaqədar baş qaldırır. Buna isə nəinki
Azərbaycanda, dünyanın inkişaf et-
miş ölkələrində də rast gəlindiyindən
narahat olmağa dəyməz.
Bir daha qeyd edirəm ki, Səhiyyə
Nazirliyinin ehtiyatı və bacarıqlı mil-
li kadrların olması bizim yoluxucu
xəstəliklərlə tam mübarizə aparmağı-
mıza imkan verir. Bundan əlavə, biz öz
işimizdə həmişə sayığıq və nə etmək
lazım olduğunu yaxşı bilirik. Heç za-
man imkan vermərik ki, ölkəmizdə hər
hansı epidemiya təhlükəsi yaransın.
Fərəhləndirici haldır ki, Orta Asi-
ya respublikalarının heç bi rində
Azərbaycanla rəqabətə girə biləcək
tibb müəssisələrinə rast gəlmək müm-
kün deyil. Mən bunu örnəklərlə sübut
edə bilərəm. Hələ təkcə Azərbaycan
Tibb Universitetinin nəzdində hər
cür şəraitlə təmin olunan, yüksək
tələblərə cavab verən onkoloji, sto-
matoloji, terapiya, cərrahiyyə klinika-
sı fəaliyyət göstərir. İnşallah, klinika-
ların sayı getdikcə artacaq. Bundan
artıq nailiyyət ola bilərmi? Orta Asiya
respublikalarında bizdə olan şərait
yoxdur. Bu sahədə nəinki Orta Asiya-
dan, MDB məkanının bir çox respub-
likalardan irəlidəyik. Ən ucqar dağ
rayonunda olan xəstəxanalarımızda
istənilən
cərrahiyyə
əməliyyatı
aparmğa mütəxəssis və avadanlığı-
mız kifayət edir. Bizim tibb sahəsində
dünyaşöhrətli alimlərimiz - Topçuba-
şovlar, Mahmudbəyovlar, Tağızadələr,
Emin
Əfəndiyevlər,
Cahangir
Abdullayevlərimiz və başqaları olub.
Bunu mübaliğəsiz deyirəm, götürək
elə universitetimizin rektoru Əhliman
Əmiraslanovu. O, 34 yaşında SSRİ
Dövlət Mükafatına layiq görülüb,
azərbaycanlıdır, türk oğludur. Onun
fəaliyyəti dövründə də universitetdə
görülən müsbət işlər, yeniliklər göz
qabağındadır. Bunu inkar eləmək olar-
mı? Bir sözlə, Azərbaycan səhiyyəsi
günü-gündən tərəqqi edir.
Dostları ilə paylaş: |