Ц Н В А Н Ы М Ы З:
Мярданов гардашлары - 100
2-ъи мяртябя,
тел.: 595-24-97
tabibqazeti@gmail.com
Ëèñåíçèéà Н - 022633
Èíäåêñ -0269
Ñàéû 4000
Ñèôàðèø: 149
-Həkim, arvadım ezamiyyətə gedib, uşağı mənə
tapşırıb. Mən də ona çox yaxşı baxıram. Hər gün havada
gəzdirirəm, masaj elətdirirəm, idman elətdirirəm,
bununla belə necə baxıram, hər gün çəkisini itirir,
arıqlayır.
-Bəs nə yedirdirsən ona?
-Həkim, mən də deyirəm axı, nəyi isə yaddan
çıxartmışam, neçə gündür uşağa heç nə yedirtmirəm,
yəqin ona görə arıqlayır...
* * *
Bir sərxoş restorandan çıxıb qapı ağzında rəsmi forma
geyinmiş birisinə deyir:
-Tez olun, mənə taksi çağırın!
-Qulaq asın, mən qapıçı deyiləm, admiralam!
-Onda gəmi çağırın!
* * *
Deyirlər dünən restoranda xidmətçini vurmusan. Başı
şişib, doğrudurmu?
-Bəli!
-Nə ilə vurmusan?
-Gətirdiyi kotletlə...
* * *
Bir nəfər balaca bir mehmanxanada gecələyir, səhər
mehmanxana sahibi ondan soruşur:
-Hə, necə yatdınız?
-Çox pis, taxtabitilər yatmağa qoymadılar.
-Nə danışırsınız, hansı taxtabiti?
Müştəri ölü taxtabitini göstərir.
-Bu ki ölüdür!
-O ölüdür. Ancaq onun matəminə gecə bir neçə yüz
qohumu yığılmışdı.
Dostları ilə paylaş: |