4
Vətənpərvərlik elə ali duyğudur ki, bu duyğu
insanı zirvələrə, səmalara yüksəldir, ona qəhrə-
manlıq, fədakarlıq, məğlubedilməzlik, torpağa,
xalqa, dövlətə, dövlətçiliyə bağlılıq, yurda sevgi,
milli hədəflərə inam aşılayır. Vətənə sədaqət ən
çətin anlarda belə, adamların qüvvələrini azadlıq
uğrunda mübarizəyə səfərbər edir. Vətən sevgisi,
yurd təəssübü gənc nəslin milli mənlik şüurunun
inkişafında əsas aspektləri müəyyənləşdirir.
İnsanın ən ali və əzəli hisslərindən olan vətən-
pərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə,
obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən
qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə
çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq,
onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək,
Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Məhz
ona görə də Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev deyirdi: “Hamımızın ümumi vəzifəmiz
Dostları ilə paylaş: