16
NAŞİR
/ Noyabr – Dekabr 2015
sanki bütün dün yanı mənə bağışladınız. Sonra
sevinc dən parlayan gözlərinizi narko z un tə sirindən
zorla açdığım gözləri mə dikərək: «Maşallah, Beh -
ruz abi nin bedeni demir denmiş», – dedi niz. Yaş
tampunla dodaq larımı silə-silə yanı nız dakı çoxlu
sayda (yə qin, assistent lə riniz idi) həm kər larını za
«Ben bun ca tecrübeme ramen böy le müci z eli
ameliyyat hiç görme dim», – sözlə ri ni zi mən
xoşbəxt duyğularla gö zü yumulu hal da zorla,
amma olduqca xoş hislərlə eşitdim.
Sonradan öyrəndik ki, əməliyyat, doğ ru dan
da, çox uğurlu, sizin təbiri nizcə de sək, «çok ba şa -
rılı» keçmişdi. Müasir təbabətdə ən çətin və mü -
rək kəb əməliyyat olan, ən yaxşı halda 12–13 saat,
normalda isə 14–15, bəzən isə 16, hətta 18 saat
sürən canlı qara ciyər transplantasiyası (nəqli)
əməliy yatının (hətta bu ağır əməliyyat içərisində
məndə və Atamda əlavə olaraq daha bir əmə -
liyyatın gerçəkləşdirilməsinə rəğ mən) cəmi 8
saata başa çatdırılması və heç bir problemin, hətta
kiçik qa nama ların da baş verməməsi, əla və qan
köçürməyə belə ehti ya cın olma ması və s. möcüzə
deyil, bəs nədir?!
Amma, sayın Sedat hoca, hamımız bilirik ki,
orqanizm dəmirden deyil, daş dan belə olsa, mənfur
xəstəliklər onu asan lıqla zəiflədib çürüdür və
ölümə təslim edir. Yəni bu möcüzə Atamın mübariz,
iradəli, bədəninin möhkəm ol masın dan deyil
(əlbəttə, bu da mühüm şərtdir), sizin isteda dınız,
şəfalı əlləriniz, əməliyyatı yük sək professionallıqla
doğru və dəqiq həyata keçirməyiniz və bütün
bun ların hamısını içinizdən gələn insani məhəb -
bətlə, necə deyərlər, can-dil dən etmə yiniz sayə -
sində baş ver mişdir.
Faktiki olaraq ölümü gözə almış Atam olduqca
mürəkkəb və riskli olan bu əməliyyata razılaşarkən
yaxın adamlar tərəfindən (hər kəs ona yardım
etməyə çalışırdı) ona tibbin ən çox inkişaf etmiş
ölkələrindəki məşhur cərrahlarla bağlı müxtəlif
təkliflər oldu. Biz də çox maraqlanmış, lakin heç
bir qərara gələ bilməmişdik. Açığı özümüzü
itirmişdik. Eyni zamanda digər bütün işlərdə
olduğu kimi, son qərarı onsuz da Atamın verəcəyini
bilirdik. Xəstəliyin mənfi təsirlərindən dolayı
onun yanlış qərar qəbul edə bilməsindən də çox
qorxurduq. Axı söhbət bizim üçün dünyada hər
şeydən qiymətli olan Atamızın həyatından gedirdi.