15
NAŞİR
/ Noyabr – Dekabr 2015
məta nət və cəsarətindən başqa, həm də onun sizə
olan güvəncindən və etibarın dan irəli gəlir di.
İstər əməliyyata hazırlıq, istərsə də
əməliyyatdan sonrakı müalicə-bər pa dövründə
bizimlə bir ailə üzvü qə dər doğma ünsiyyətiniz,
Atama «Behruz abi» deyə müraciət etməyi nizin
içi niz dən gəldi yini göstərirdi.
Əməliyyat zamanı isə Siz nəfə sinizi nəfəsimizə
qatmış, qəlbinizin döyüntüsünü bizimlə paylaşmış,
öz həyatınızdan sanki bizim həyatımıza pay
qatmısınız. Məncə, sizin möcü zəli əllərinizdən
şəfa almış mindən çox insan da eyni duyğuları
payla şır.
Siz bir doktor – cərrah kimi nə qədər
soyuqqanlı olmağa çalışsanız da içinizdəki insani
duyğular, qayğıkeşlik bəzən onu üstələyir.
Əlbəttə, hər bir doktor xəstəsinə qayğı ilə
yanaşmalıdır. Bu onun işinin, peşəsinin önəmli
bir hissəsi, necə deyərlər, borcudur. Lakin siz
təkcə xəstəliklə deyil, xəstənizin bütün problemləri
ilə, hətta sizə qətiyyən dəxli olmayan sosial və
digər mə sələlərlə yaxından maraqlanır, ona hər
cür dəstək olmağa çalışır, ən başlıcası isə bunu
qabartmadan, ona bildirmədən, necə deyərlər,
minnətsiz-filansız edir, bu qayğı və xeyirxahlıqdan
böyük həzz alırsınız. Müalicə müddətində xəstənizin
təkcə doktoru – həkimi deyil, sözün əsl mənasında,
bir dostu, arkadaşı, ən yaxın doğması olursunuz.
Bu sizin təkcə doktor kimi deyil, eyni zamanda
bir insan kimi böyüklüyünüzdür. Allah sizi çox
sevdiyiniz və sizi çox sevən ailənizə, gözəl
xanımınıza və övladlarınıza, eləcə də bu millətə,
insanlara çox görməsin.
... Mən əməliyyatdan sonra ən müa
sir
texnologiya ilə təchiz olunmuş xüsusi reanimasiya
(yoğum bakım) şöbə sində gözləri mi açıb «A...t...a!
A...t...a», – deyə kə kə lə yəndə siz əllərinizdə
tutduğunuz əlimi astaca sıxaraq: «Konuşma, kızım,
rahat ol. Allaha şükürlər olsun baban da artıq
uyanmış, sapsağlamdır, hatta makinadan belə
ayrıl mışdır. Her şey bekledi yimiz dən de güzel
oldu. Az sonra sizi görüşdürecem», – deməklə
|