12 naşİR / Noyabr – Dekabr 2015


su numları mevcu ur. Temel ilgi alanları



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#1824
1   2   3   4   5   6   7   8
su numları mevcu ur. Temel ilgi alanları,

Canlıdan ve Kadavradan Karaciğer ve Böbrek

Transplantasyonu, Kara ciğer‐Pankreas ve

Safra Yollarının cerrahi hastalıklarıdır. 

Evli ve 2 çocuk babasıdır.


14

NAŞİR

/ Noyabr – Dekabr 2015

qaçınmağa çalışdınız. Qaraciyərin geri qaytarılması,

özünü bərpa etməsi üçün (qaraciyər yeganə

orqandır ki, öz-özünü bərpa edə bilir) əlinizdən

gələni əsirgəmədiniz və hər zaman bu proseslərin

başında durdunuz, təkcə doktor kimi deyil, həm

də bir dost – qardaş kimi. Halbuki xəstəliyə

qədər heç Atamla tanış belə deyildiniz. Hətta

bildiyimə görə ilk tanışlıqda arada kiçik bir

anlaşılmazlıq da olmuşdu.

Siz həm də gözəl psixoloqsunuz. Heç nəyə

əyilməyən, sonu nə olursa-olsun (hətta ölüm belə

olsa) getdiyi yoldan dönməyən, heç nəyə asanlıqla

ram olmayan və yalnız məntiqi nəticəyə inanan

çox zəki və  ağır təbiətli Atamın xasiyyətinə

uyuşmayan, zor şərtləri olan bu müalicə

mexanizminə üç ilə yaxın bir müddətdə  əməl

etməsinə onu razı sala bilməniz, doğrusu, bizi

çox təəccübləndirdi. Ancaq siz onun xarakterində

olan mübarizlik, qorxmazlıq, verdiyi sözə mütləq

əməl etməsi kimi cəhətlərdən ustalıqla istifadə

edərək onları lazımi istiqamətə yönəltdiniz.

Biz də ailədə sizin bu doğru metodunuzu

dəstəkləyir, hər vasitə ilə sizin tapşırıqlarınızı

yerinə yetirməyə çalışır, yeri gələndə (bu tez-tez

olurdu) onun söz verdiyini yadına salır, bəzən

isə əsəbi vaxtlarında nəvələrini irəli verər və onu

bu yolla sakitləşdirməyə çalışardıq. Sağ olsunlar,

ağır iş  şəraitinə baxmayaraq, iş yoldaşları da

həmişə ona dəstək olmuşlar.

Qaraciyər isə bütün kaprizlərini sanki Atama

göstərməyə çalışır, gah bir az yaxşılaşıb ümid

verir, gah da pisləşib məyus edirdi.

Xaraktercə çox səbirsiz adam olan Bəhruz

müəllim prinsipiallıqla buna dözür və hətta hərdən

zarafatla «bütün ətrafımdakılar kimi qaraciyərim

də mənə şıltaqlıq edir» – deyirdi.

Ancaq getdikcə hər şey ciddiləşirdi. Atamın

da səbri tükənmişdi. İndi artıq, o kapriz etməyə

başlamışdı (bu da sanıram ki, xəstəliyin bir əlaməti

idi). Son 3–4 ayda heç nəyə  məhəl qoymadan,

demək olar ki, hər  şeyi tam tərsinə edirdi. Biz

yalvarıb-yaxaranda isə «görmürsünüzmü olmur,

zorla deyil ki? Görünür, qismət belədir. Bir də ki,

rəhmətlik Nüsrət Kəsəmənli demişkən: «Yalvarıb

yaşamaq ömür, gün deyil», bala», – deyirdi. 

Vəziyyətin nə qədər kritik oldu ğunu hamımız

yaxşı bilirdik. İnsan bədənini idarə edən ən vacib

orqan olan qaraciyər nəinki fəaliyyətini

dayandırmaq üzrə idi, hətta digər həyati orqanlara

öz mənfi təsi rini  göstərməyə başlamışdı. Ölüm

təhlü kəsi hər an gerçəkləşə bilərdi və bunu öz

bədənində hiss edən Atam və sevimli doktor, siz,

hamıdan daha yaxşı  bi lir di  niz.  Nə  qədər riskli

olsa da, yeganə yol əməliyyat – qaraciyər nəqli

idi.


Son vaxtlar söhbətlərində bizə ölümün də

doğum kimi təbii bir həyat hadisəsi olduğu nu  və

onun hər kəs tə rəfin dən normal qəbul olunmasının

vacibliyini təqlid edən təmkinli, lakin müba riz

xarakterli Atamın, hətta sizin belə  həyəcan

keçirdiyinizi bilə-bilə əməliyyat otağına aparılarkən

son anda qapının önündə dimdik da yanaraq ağarmış

bəniz lərini və yaş boğan gözlərini gizlətməyə

çalışan qardaşlarıma və anama gülüm səyə rək:

«Belə şax, mərd dayanın. Allah nə etsə, gözəl edər.

Allaha və dokto run əllərinə dua edin, inşallah

tezliklə görüşərik» deyərək  əlini yellətməsi də





Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin