İnternet asılılığının əsas xüsusiyyəti:
Qısaca olaraq internet asılılığı barəsində təcrübi və nəzəri ədəbiyyata baxdıqda
belə başa düşülür ki, internet asılılığı fenomeninin üç xüsusiyyəti vardır.
1- İnternet asılılığı vasvası, intizamsız və pozuntu halında olan bir növdür ki,
onun bəzi xüsusiyyətləri travmotoloji şəraitlə oxşardır. Həqiqətdə bir insanda
internet asılılığının yaranmasını o zaman demək olar ki, onda tez yorulma, tənhalığ,
pərişançılıq və s... hallar özünü büruzə versin. Orzak və Yunq kimi mütəxəssislər
bu növ internet asılılığı tərifinin tərəfdarlarıdır.
2-İnternet asılılığı psixoloji nizamsızlıq və pozuntunun bir növüdür. Buna görə
də “internetin müalicə psixologiyası” adı altında yeni tədqiqat sahəsi meydna
çıxıbdır. Bu nəzəriyyə internet asılılarını xəstə adlandırırlar. Bu tip asılılığın
müalicəsi də xəbər və müzakirə qruplarının təşkil edilməsidir. Bu tip müalicə
növündə bir- birinə bağlı olan psixi anomaliya üzvləri bir himayəedici qrup rolunu
oynamış, online təkliflər və onunla davranış metodlarını təqdim etməklə internet
asılılığını azalda bilərlər. İsten, Honq Valsi kimi mütəxəssislər belə bir
nəzəriyyənin tərəfdarlarıdır. [8.s.78]
3- İnternet asılılığı davranış probleminin bir növüdür. Bu məsələnin sübutu da
kimyəvi bağlılıq və internet asılılığı arasında möhkəm bir əlaqənin olmasıdır.
Araşdırmalara görə kimyəvi probelmləri olan insanlar internet qarşısında daha çox
vaxt keçirirlər. Bu nəzəriyyənin tərəfdarları sırasında Şurerin adını çəkmək olar .
Son dövrlərdə həyata keçirilən araşdırmalarda da bir sıra əlamətlər sadalanıbdır
ki, onlardan ən önəmli meyarlar aşağıdakılardan ibarətdir:
1-Fərd internetdən çıxmaq istədikdə kobud davranır və səbatsızlıq edir.
2- İnternetdən ona görə istifadə edir ki, problemlərdən qaçsın, günah və iztirab
hissini azaltsın.
3- İnternet istifadəçisi internetdə neçə vaxt əyləşdiyi barədə ailə və dostlara
yalan söyləyir. Fərd yüksək xərclər hesabına internetdən istifadə edir. [9.S.14]
İnternet asılılığı anomaliyasının əlamətləri:
Fərdlər arası yaranan problemlər, iş və araşdırma zamanı problem, ailə, iş, fərdi
və dostlara aid olan məsuliyyətləri nəzərə almamaq, internetdən ayrıldıqdan sonra
guşəneşin olmaq, internetdən əl çəkmək üçün cəhd etdikdə sərt rəftar, lazım olan
vaxtdan artıq online olmaq, ailə və dostlardan internetdə olduğu müddəti
gizlətmək, internetdə çox oturmaq məqsədi ilə yaşam tərzini dəyişmək, fiziki
fəaliyyətin azalması, şəxsi sağlamlığına fikir verməmək, yuxusuzluq, daha çox
internetdə əyləşmək naminə yuxu rejiminin dəyişilməsi və s. Internet asılılığının
əlamətlərindən hesab olunur.
Digər tərəfdən insanlar internetdən istifadə etmək halında insanlar nəinki
cəmiyyətdə yaşanan normal davranışlarala razılaşır bəlkə özlərinə məxsus düşüncə
formasına malik olurlar. Bu fərdlər internetə aid vasvası fikirlərə malikdirlər.
İnternet olan meylini boğmaq əvəzinə elə düşünürlər ki, təkcə onların dostu
internetdir. Habelə, bu cür insanlar düşünürlər ki, onların özlərini yaxşı hiss
etdikləri yerr təkcə internetdir. Mark Qrift adlı İngilis psixoloqu kliniki
|