KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
128
nümunələrin və qeyd edilmiş təriflərin köməyi ilə internet asılılığı fenomeni
əmsallarının tədqiqinə məşğul olur. Qrift internet asılılığı əlamətlərinin müəyyən
edilməsi üçün nisbətən ənənəvi bir tərifdən istifadə edir ki, ona görə asılılığın
aşağıdakı əmsalları vardır.
1-Əhəmiyyət: Xüsusi bir fəaliyyət sahəsində davam etmək və ya nəzərdə tutulan
narkotik maddələrdən istifadə etmək şəxsin həyatında ən mühüm bir fəaliyyət
növüdür.
2- Ruhiyyə və xasiyyətin dəyişilməsi
3- Dözüm: Həmin səviyyədə rahatlıq əldə etmək məqsədi ilə zaman çərçivəsində
narkotik maddələr və fəaliyyət həcminin artırılması.
4- Guşəneşin olmaq əlamətləri: Narkotik maddələrin istifadəsini dayandırdığı
zaman kobud və pisxasiyyət olmaq
5- Təzad və münaqişə: Nəzərdə tutulan fəaliyyəti həyata keçirtmək səbəbinə
fərd arası təzadlar və fərdin daxili təzadları.
6- Qayıdış: Qabaqki travmatologiyadan istifadə nümunəsində ikinci qayıdışa
meyl. İstifadə nümunələri tipində mümkündür ki, illər sonra yenidən geri dönsün.
Samson və Kirin nəzərinə görə, İnternet asılılığı olan insanların aşağıdakı
əlamətləri vardır.
1- Online olmaq zamanı zamanı əldən verir.
2. Yuxu üçün zəruri olan saatları online olmağa sərf edirlər.
3. Online- olmaq vaxtı qurtardıqda əsəbləşirlər
4. Onlara internetə girməyə icazə verilmədikdə psi xasiyyət olurlar
5. Vaxtını dərsə və ya iş görməyə sərf etməli olduğu halda vaxtını online olmağa
sərf edir.
6. Ailə və dostlara vaxt ayırmaqdasa online olmağa üstünlük verir.
7. Onun üçün internetdən istifadə üçün verilmiş vaxtla qane olmur.
8. Digərlərinə online olmağın zamanı barəsində yalan danışır.
9. Online olan zaman görüşdüyü insanlar ilə yeni əlaqələr yaradır.
10-İnternet onun həyatının bir parçasına çevrilməzdən öncəki yaşadığı
həyatından daha yorğun və daha bədrəftar olur.
11-Kompyuterdən uzaq olduqda, növbəti online olmaq barəsində planlar cızır
12-İnternetdən istifadə nəticəsində əvvəllər ona xoş gələn fəaliyyətdən uzaqlaşır.
13-Online olmadıqda yorğunluq, pisdavranış və pərişanlığıa düçar olur.
[10.S.12]
İnternet asılılığını yaratmaq istiqamətində aşağıda bir sıra suallar var ki, bu
sulları internet asılılığının əlamətləri kimi nəzərdən keçirtmək olar.
1- Internetə nisbət zehninizdə məşğuliyyət yaranırmı? (yəni növbəti dəfə yenə
də internetə girmək barədə fikirləşirsinizmi)
2- İnternetdən istəniləni əldə etmək üçün daha çox vaxt sərf etmək lazımdır
qənaətindəsinizmi?
3- İnternetdən uzaqlaşmaq üçün dəfələrlə etdiyiniz cəhd uğursuzluqla
nəticələnibmi?
4- İnternetdən əl çəkmək istədikdə və ya tamamilə uzaqlaşmaq istədikdə, sizdə
pərişançılıq, narahatçılıq və pis xasiyyətçilik yaranırmı?
|