KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
126
çıxıbdır. Bu nəzəriyyə internet asılılarını xəstə adlandırırlar. Bu tip asılılığın
müalicəsi də xəbər və müzakirə qruplarının təşkil edilməsidir. Bu tip müalicə
növündə bir- birinə bağlı olan psixi anomaliya üzvləri bir himayəedici qrup rolunu
oynamış, online təkliflər və onunla davranış metodlarını təqdim etməklə internet
asılılığını azalda bilərlər. İsten, Honq Valsi kimi mütəxəssislər belə bir
nəzəriyyənin tərəfdarlarıdır.
3- İnternet asılılığı davranış probleminin bir növüdür. Bu məsələnin sübutu da
kimyəvi bağlılıq və internet asılılığı arasında möhkəm bir əlaqənin olmasıdır.
Araşdırmalara görə kimyəvi probelmləri olan insanlar internet qarşısında daha çox
vaxt keçirirlər. Bu nəzəriyyənin tərəfdarları sırasında Şurerin adını çəkmək olar
[6.S.18]
4- Amerika psixoloji dərnəyi internet asılılığını tanımaq üçün və internetdən
ifrat istifadənin nə olduğunu bilmək üçün bir sıra meyarlar müəyyən edibdir ki,
onun əsasında əgər biz bir nəfəri internet asılısı adlandırmaq istəyiriksə o zaman 12
ay çərçivəsində gərək altı meyradan ən azı üçünü onda müşahidə etməli olaq. Bu
dərnək tərəfindən irəli sürülən altı meyar bunlardan ibarətdir:
Əziyyət: Bu meyar razılıq əldə edilsin deyə internet üçün çoxlu vaxt sərf etmək
deməkdir. Bu şəraitdə həmin vaxt ölçüsünü sərf etməklə istifadəçinin razılıq ölçüsü
daha azdır və əvvəlki razılıq həddinə çatmaq üçün daha çox vaxta ehtiyacı vardır.
1- Ayda iki gün ərzində guşəneşin olmağın bir neçə əlamətinin olması. Bu hal
internetdən davamlı olaraq istifadənin azaldılması və ya tərk edilməsi nəticəsində
yaranır. Bu məsələ fərdi, ictimai və ya təlim davranışında əzab- əziyyətlərin aşkar
etməsinə səbəb olur.
2- İnternetdən özünə qapanmadan xilas olmaq məqsədi ilə yaxa qurtarır.
3- İnternetdən ilkin məqsədlər üçün nəzərdə tutulmayan məqsədlər üçün istifadə
edilir.
4- Nəzərə çarpacaq dərəcədə vaxtını internetə sərf edir (misal üçün, internet
kitabları, yeni saytlar, internet alqı-satqıları və s... axtarışına vaxt sərf edir)
5- İnternetdən istifadə xatirinə mühüm ictimai, peşə və əyləncə
fəaliyyətlərindən əl çəkmiş və ya onları azaltmışdır.
6- İfrat dərəcədə internetdən istifadə etdiyinə görə, mühüm əlaqələr,
məşğuliyyət, təlim və peşə məşğuliyyətlərini riskə atır.
Son dövrlərdə həyata keçirilən araşdırmalarda da bir sıra əlamətlər sadalanıbdır
ki, onlardan ən önəmli meyarlar aşağıdakılardan ibarətdir:
1- Fərd internetdən çıxmaq istədikdə kobud davranır və səbatsızlıq edir.
2- İnternetdən ona görə istifadə edir ki, problemlərdən qaçsın, günah və iztirab
hissini azaltsın.
3- İnternet istifadəçisi internetdə neçə vaxt əyləşdiyi barədə ailə və dostlara
yalan söyləyir. Fərd yüksək xərclər hesabına internetdən istifadə edir. [7.S.30]
Dostları ilə paylaş: |