119
Bu
məqsədlə
maqnit
buraxıcısından
və
ya
kontaktorundan istifadə etmək daha məqsədə uyğundur, çünki
bloklayıcı kontaktlar çəpərin qapısı açılanda işə buraxıcının
qida dövrəsini qırır (şəkil 33). Elektrik qurğusu, çəpərin
qapısını bağladıqda, baxmayaraq ki, blokirovka işəburaxıcını
qida dövrəsinə birləşdirir, amma işəsalma düyməsi (i.s.) açıq
olduğundan o gərginlik altına düşmür. Ona görə də operator
çəpərin daxilinə girməsinə və təsadüfən qapının bağlanmasına
baxmayaraq, o gərginlik altına düşməyəcəkdir. Avtomat
açarlarının açma dolağında quraşdırılmış bloklayıcı kontaktlar
– çəpərin qapısı açılan zaman qapanır və avtomatın dolağı
gərginlik altına düşdüyündən o işə düşür, qurğunu şəbəkə
gərginliyindən azad edir.
Mexaniki bloklayıcı kontaktlar elektrik aparatlarında
tətbiq olunur (rubilniklərdə, işəburaxıcılarda və avtomatik
açarlarda).
Dostları ilə paylaş: