133
nəzarətçiyə briqada ilə birlikdə işləməyə icazə verilmir. O,
ancaq adamların işinə nəzarət etməli və elektrik təhlükəsizliyi
qaydalarının pozulmasına imkan verməməlidir.
Naryad üzrə bütün işlər qurtardıqdan sonra iş yeri
yığışdırılır (briqada tərəfindən) işin qurtarılması barəsində
naryada imza çəkir və onu əməliyyat işçisinə təhvil verir.
Əməliyyat işçisi, təmir olunmuş elektrik qurğusuna
baxdıqdan, iş yerində adamların olmadığını yəqin etdikdən,
kənar əşyaların, alətlərin olmamasını yoxladıqdan və
yığışdırılmış iş yerinin təmizliyinə fikir verdikdən sonra
naryadda qeydiyyatlar aparmaqla onu bağlayır. Naryadın
bağlanmasından öncə müvəqqəti torpaqlayıcılar və çəpərlər
götürülüür, daimi çəpərlər öz yerlərinə qoyulur, işdən əvvəl
qoyulmuş bütün plakatlar götürülür. Qurğunun işə
buraxılmasına, naryadı bağladıqdan sonra izacə verilir.
Bağlanmış naryadlar, nəzarət yoxlanması üçün bir ay
müddətində saxlanılır.
Dostları ilə paylaş: