144
4. ELEKTRİK QURĞULARININ
QURAŞDIRILMASINDA TƏHLÜKƏSİZLİK
TEXNİKASI
Ümumi məlumat
Təzə müəssisələrin tikintisində elektrik quraşdırma
işlərini, bir qayda olaraq, xüsusi quraşdırma işləri ilə məşğul
olan təşkilatlar tərəfindən aparılır. Elektrik avadanlıqlarının
quraşdırılması üzrə ayrı-ayrı və həcmcə kiçik olan işlər,
sənaye müəssisələrinin elektrik sexlərinin və şöbələrinin
təmir-quraşdırma briqadaları tərəfindən görülür.
Elektrik
qurğularının
layihələndirilməsi
və
quraşdırılması energetika nazirliyinin texniki idarəsi
tərəfindən təsdiq edilmiş təhlükəsizlik qaydalarına əsasən
aparılır.
Quraşdırma işlərinə başlamazdan öncə, iş icraçısı və
cavabdeh rəhbərlər, ustalar və fəhlələrlə işin təhlükəsiz
metodlarla aparılması haqda təlimat keçməlidir.
Tikinti-quraşdırma sahələr üzrə ustalar, elektrik
quraşdırma işlərini düzgün və təhlükəsiz aparılmasını təmin
etməlidir. Bundan başqa onlar taxtadan quraşdırılmış
qurğuların və çəpərlərin vəziyyətini yoxlamalı, iş yerlərinin
təmizliyinə, sahman-səliqəyə və tələb olunan işıqlanmaya
nəzarət etməlidir.
|