143
110KV – 1,5m) əməl edilməlidir.
Elektrik maşınlarının, transformatorların, kabellərin və
naqillərin izolyasiyasının müqavimətini meqometrlə (1000V
və ya 2500V gərginlikdə işləyən) ölçülür. Meqometr ilə
kabellərin və kondensatorların izolyasiya müqavimətini
ölçdükdə onlar müəyyən dərəcədə yüklənir və onların uclarına
adam toxunduqda təhlükə hiss olunur. Meqometr ilə ölçü
aparan şəxsin kvalifikasiya qrupu III-dən aşağı olmamalıdır.
Meqometri işə salmazdan əvvəl, sınağı aparılan
avadanlığa toxunan adamlarının olmamasını təyin olunmalıdır.
Cərəyanölçən qısqacla (kleş) yükləri ölçmək əməliyyatı
təhlükəli sayılır, çünki, ölçü aparan şəxs çəpərlənmiş cərəyan
keçirən hissələrə yaxın olur. Bu əməliyyat iki nəfər tərəfindən
aparılır, böyük işçinin (vəzifəcə) kvalifikasiya qrupu IV,
ikincisininki isə III-dən aşağı olmamalıdır. Ölçü aparan şəxs
dielektrik əlcəklər taxmalı və şkaladan (cədvəldən) qiymətlər
götürəndə üzünü cihaza yaxınlaşdırılmalıdır.
Kabellərin damarlarının yükünü ölçdükdə damarlar arası
məsafə 250mm –dən az olmalıdır.
Dostları ilə paylaş: