137
Açıq tipli paylaşdırıcı quruluşlarda aparılan işlər
Baxılan obyektlərdə müxtəlif yükqaldıran maşınların,
teleskop qüllələrin və mexaniki inteqala malik hərəkət edən
nərdivanların gərginlikdən açılmış və ya açılmamış cərəyan
keçirən hissələrdən uzaqda tətbiqinə icazə verilir.
Gərginlikdən açılmış yerlərdə yükqaldıran maşınların,
qüllələrin və nərdivanların tətbiqi ilə müəyyən işlər
görüldükdə naryadın “xüsusi şərait” qrafikasında hansı maşın
və mexanizmlərdən istifadə olunması yazılır. gərginlikdən
açılmamış cərəyan keçirən hissələrdən uzaqlarda sərəncam
üzrə yükqaldıran maşınların tətbiqi ilə işlər görmək olar. Bu
işlər, kvalifikasiya qrupu IV-dən az olmayan əməliyyat
işçisinin fasiləsiz nəzarəti altında aparılır.
Teleskopik qüllənin sürücüsünün kvalifikasiyası II
qrupdan az olmamalıdır və işə başlamazdan öncə görüləcək
işin xüsusiyyətləri və vacib təhlükəsizlik tədbirləri barəsində
təlimatlanmalıdır.
Gərginlikdən açılmamış və ya qismən açılmış cərəyan
keçirən hissələrin yaxınlığında mexaniki intiqala malik
nərdivanın idarəsi ilə kvalifikasiya qrupu III az olmayan təmir
briqadasının işçilərdən biri məşğul ola bilər.
Gərginlikdən tam
açılmış və ya gərginlik altında olan cərəyan keçirən
hissələrdən uzaqda yerləşmiş işləri kvalifikasiya qrupu II az
olmayan şəxslər tərəfindən görülə bilər. Baxılan işlər görülən
zaman fasiləsiz nəzarət, kvalifikasiya qrupu V az olmayan
şəxs tərəfindən aparılır və naryadın “xüsusi şərait” qrafasında
qeydiyyat aparılır.
Açıq tipli paylaşdırıcı qurluşlara malik obyektlərdə yük
138
qaldıran maşınların, qüllələrin və nərdivanların hərəkət sürəti
5km/saat olub, onların ixtiyari hissəsindən gərginlik altında
olan cərəyan keçirən hissələrə qədər olan məsafə 35kV-a
qədər 1m, 110kV-a qədər 1,5m, 220kV-a qədər isə 2,5
olmalıdır. Gərginlikdən aşılmamış cərəyan keçirən hissələrin
yaxınlığında işləyən maşınların, teleskopik qüllələrin və
hərəkət edən nərdivanların metal gövdələrini (şassi)
torpaqlamaq vacibdir.
Hündürlükdə, avadanlığın və ya metal konstruksiyaların
üstünə çıxıb görülən işlər daha təhlükəli sayılır. Müəyyən
hündürlüyə qalxıb iş görən işçilərin kvalifikasiya qrupu III-
dən az olmamalıdır. Onlar işə başlamazdan öncə və dövrü
(periodik) olaraq (ildə bir dəfə) həkim müayinəsindən
keçməlidir. Yuxarılarda (hündürlükdə) işləyən zaman taxtadan
düzəldilmiş müvəqqəti qurğulardan (çəpərlənmiş) və qoruyucu
qovşaqlardan istifadə olunmalıdır.
Dostları ilə paylaş: