135
Yuxarıda sadaladığımız işlərdən başqa, istehsal lüzumu
olduqda əməliyyat işçisinə və ya onun nəzarəti altında
naryadsız, sərəncam üzrə kiçik (həcmcə) və qısa müddətli (1
saata qədər) işlər (həm gərginlik altında, həm də gərginlik
götürüldükdən sonra) görməyə icazə verilir. Gərginlikdən
açmaqla və müvəqqəti torpaqlayıcı qoymaqla aşağıdakı işləri
görməyə icazə verilir: elektrik mühərrikini qidalandıran
kabelin birləşdirilməsi (açması), transformatordan ayrılmaların
dəyişdirilməsi, şinlərdə və avadanlıqlarda bərkitmə işlərinin
aparılması, aparatlara lazım olduqda (səviyyə aşağı düşdükdə)
yağın doldurulması. Bu işlər, kvalifikasiya qrupu III-dən aşağı
olmayan iki nəfərdən az olmayaraq işçilər tərəfindən görülür.
Gərginlik altında olan cərəyan keçirən hissələrdən
gərginlik götürülmədən aşağıdakı işləri görməyə icazə verilir:
cərəyanölçən qısqacla (kleş) yükün ölçülməsi; ştanqa ilə
kontaktların qızmasının yoxlanması (ştanqanın işçi hissəsinə
bir tikə mum bərkidilir), yağın əlavə edilməsi və nümunənin
götürülməsi və s. Bu işlər, kvalfikasiya qrupu IV-dən aşağı
olmayan əməliyyat işçisinin iştirakı və nəzarəti altında iki
nəfər görür.
Dostları ilə paylaş: