201
1997-ci ilin payızında ölkəmizin xarici
işlər naziri Suriyaya
rəsmi səfər etmişdir. Səfər zamanı keçirilmiş görüşlərdə regional və
beynəlxalq problemlər, Ermənistanın Azərbaycana qarşı yönəltdiyi
işğalçı siyasətinin ağır
nəticələri, Yaxın Şərq problemi və qarşılıqlı
maraq doğuran bir sıra siyasi-iqtisadi məsələlər müzakirə
olunmuşdur.
Azərbaycanla Suriya arsında ticarət əlaqələri
hələlik birtərəfli
istiqamətdədəir. Azərbaycana Suriyadan gətirilən məhsulların
dəyərcə 70 faizə qədəri yüngül sənaye məhsullarının payına düşür.
Suriyadan kimya və neft-kimya, metallurgiya, agac emalı sənaye
məhsulları da idxal edilir. Vaxtilə Suriyada
fəaliyyət göstərmiş sovet
neftçiləri məhz Azərbaycan Dəniz Neft Qurğularını Layihələşdirmə
İnstitutunun layihəsi əsasında Süveydə, Qaraçuk və Rumelan neft
yataqlarını istifadəyə verməyə kömək etmişlər.
Suriyada işləmiş
həmyerlilərimizin əksəriyyəti dövlət mükafatlarıyla təqdim olunmuş,
neftçi Lətif Sadıqovun adı «Suriyanın fəxri vətəndaşları» kitabına
yazılmışdır.
Dostları ilə paylaş: