Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Ölkənin qısa tarixi, idarəolunma sistemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə148/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   144   145   146   147   148   149   150   151   ...   229
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi  
və Azərbaycan Respublikası ilə münasibətləri 
 
Suriya qədim tarixə malik olan ölkələrdən biridir. Əldə olunan 
məlumatlara  əsasən, demək olar ki, eramızdan  əvvəl III minilliyin 
ikinci yarısında Suriyada tayfa quruluşu mövcud olmuş  və burada 
yaşayanların  əksər hissəsi oturaq həyat tərzi sürməyə meyl 
göstərmişlər. Ölkənin  əlverişli coğrafi mövqeyi, şəhərlərin və kiçik 
quldar dövlətlərin yaranması üçün nə  qədər münasib idisə, xarici 
müdaxiləçilər üçün də bir o qədər tamahlandırıcı idi. 
Eramızın 633-640-cı illərində Suriya büsbütün ərəblər 
tərəfindən zəbt edilir. Suriyanın  ərəb hakimi Müaviyyə 661-ci ildə 
özünü  Ərəb dünyasının xəlifəsi, Dəməşqi isə  Ərəb dünyasının pay-
taxtı elan edir. VIII yüzilliyin ortalarınadək Suriya Əməvilər 
xilafətinin siyasi, mədəni və iqtisadi mərkəzinə çevrilir. Məhz bu 
illərdə Suriyada şəhərlər və ticarət inkişaf etdirilir. VIII yüzilliyin 
ortalarından Ərəb-İslam dünyasında hakimiyyət Abbasilər sülaləsinin 
əlinə keçdiyindən, Suriyanın, xüsusilə Dəməşqin Ərəb-İslam dünyas-
ındakı mövqeyi zəifləməyə başlayır. Xilafətin paytaxtı isə Bağdada 
köçürülür. 
 Sonrakı yüzilliklərdə  də Suriya üçün əmin-amanlıq illəri ol-
mur. Suriya torpaqları səlcuqların, səlibçilərin, Misir məmlüklərinin
*

monqolların işğalı altına düşür. XII yüzilliyin axırlarına yaxın 
Səlahəddin  Əyyubinin
**
 Yaxın  Şərqdəki müvəffəqiyyətli hərbi 
əməliyyatları Suriya tarixinin parlaq səhifələri hesab olunur. 1187-ci 
ildə  Fələstin  ətrafında səlibçiləri darmadağın etmiş  Səlahəddin 
Əyyubi Qüds şəhərini (indiki Yerusəlim), Suriya və  Fələstin tor-
paqlarını azad etmişdir. 
1516-cı ildə Yaxın və Orta Şərqdə çox qüvvətlənmiş Osmanlı 
imperiyası Suriyanı öz tərkibinə qatır. XIX yüzillikdən başlayaraq 
                                      
*
 Məmlüklər – Əyyubilər sülaləsinin (1171–1250-ci illər) seçmə qoşun 
dəstələrini təşkil etmiş döyüşçü qullar. Məmlüklər türk, gürcü, çərkəz, çeçen 
və başqa Qafqaz xalqlarının nümayəndələri olmuşlar. 
**
  Səlahəddin  Əyyubi (1138–1193) – Əyyubilər sülaləsinin banisi. 
Mənşəcə türkləşmiş kürddür. Səlib yürüşünün iştirakçıları ilə döyüşən 
müsəlman qoşunlarına rəhbərlik etmişdir. Mahir döyüşçü, sərkərdə  və 
siyasətçi kimi tanınır. 
 
198
Avropanın inkişaf etmiş dövlətləri Suriya ilə maraqlanmağa başlayır-
lar. 1918-ci ildə türklər Suriyadan həmişəlik getsə  də onların yerini 
fransızlar tutdu. 1928-ci ilin aprelində Suriya rəsmi sürətdə Fransanın 
mandatlı ərazisi
*
 elan olundu. 
1943-cü ilin dekabrında Fransanın Suriya üzərindəki mandatı 
ləğv edilir. Amma sonuncu yadelli əsgər Suriya torpaqlarını 1946-cı 
ilin aprelin 17-də  tərk edir. O vaxtdan etibarən hər il aprelin 17-də 
Suriyada Milli bayram – Müstəqillik günü qeyd olunur. Dəməşqin 
mərkəzi meydanlarının birində iti nəzərləri uzaqlara zillənən,  əlində 
ölkənin azadlıq və müstəqillik rəmzini bildirən məşəl tutmuş suriyalı 
ərəbin bürüncdən heykəli ucaldılıb. Heykəlin barelyefini isə Suriya 
xalqının azadlıq uğrunda mübarizəsinin müxtəlif anlarını əks etdirən 
rəsmlər haşiyələndirir. 
1944-cü ildən etibarən yeni yaradılmış  gənc Suriya hökuməti 
ölkənin xarici siyasi müstəqilliyini möhkəmləndirmək üçün bəzi 
tədbirlər həyata keçirməyə başlayır. 1944-ci ilin iyulunda Sovet 
İttifaqı ilə Suriya arasında diplomatik münasibətlər yaradılır. 1945-ci 
ilin fevralında Suriya faşist Almaniyası  və Yaponiyasına müharibə 
elan edir. 1945-ci iln martında Suriya Ərəb Ölkələri Cəmiyyətinin 
yaradılmasında fəal iştirak edir, 1945-ci ilin oktyabrında isə o, BMT-
yə üzv qəbul olunur. 
1948-49-cu illərdə Suriya Ərəb ölkələrinin  İsrail təcavüzü 
əleyhinə hərbi əməliyyatlarında iştirak edir. 50-ci illərin ortalarından 
Suriyanın siyasəti açıq antiimperialist xarakter kəsb edir. 1967-ci ilin 
iyununda Suriya özü İsrail təcavüzünə  məruz qalır. Bu müharibə 
nəticəsində ölkənin cənub-qərbindəki Colan təpələri adlanan əyalət 
(sahəsi 1,6 min kv. km) İsrail tərəfindən işğal olunur. 
1973-cü ilin oktyabrında baş vermiş  İsrail – Ərəb 
müharibəsindən sonra Suriya ordusu Colan təpələri əyaləti ərazisinin 
təqribən 1/3 hissəsini, o cümlədən  əyalətin inzibati mərkəzi  Əl-Qu-
neytra  şəhərini  İsrail təcavüzündən azad edir. Colan təpəli rayonun 
qalan hissəsi (təqribən 1 min kv. km) həm də İsrail işğalı altındadır. 
1963-cü il martın 8-də Suriyada hakimiyyət  Ərəb Sosialist 
                                      
*
  Mandatlı  ərazi  – Millətlər Cəmiyyətinin mövcud olduğu dövrdə 
(1919–1946) beynəlxalq hüquqda Millətlər Cəmiyyəti adından keçmiş 
Osmanlı imperiyası  ərazisinin bir hissəsini, yaxud Almaniya müstəmlə-
kələrini idarə etmək üçün verilmiş səlahiyyət. 


 
199 
Dirçəliş Partiyasının (ərəb abbeviaturası  BƏS)  əlindədir. 1963-cü 
ildən etibarən hər növbəti ilin 8 martı Suriyada İnqilab günü kimi 
geniş qeyd edilir. 1966-cı ilin fevralın 28-də ölkəyə  rəhbərlik BƏS 
Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin