Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Partiyasının (BƏS) üzvləridir



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə151/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   147   148   149   150   151   152   153   154   ...   229

Partiyasının (BƏS) üzvləridir. 
Suriyanın daxili və xarici siyasəti  Ərəb Sosialist Dirçəliş 
Partiyası tərəfindən tənzim olunur. Bu partiya 1947-ci ilin aprelində 
Dəməşqdə, bütün ərəb xalqlarının istiqlaliyyəti və birliyi uğrunda 
mübarizə  şüarları ilə  çıxış edən xırda burjua-millətçi qrupların 
birləşməsi nəticəsində yaranmışdır. «Birlik, azadlıq və sosializm» 
partiyanın proqram şüarlarıdır. BƏS partiyasının bir sıra  ərəb 
ölkələrində bölmələri mövcuddur. 
Azərbaycan Respublikası ilə münasibətləri. Yaxın və Orta 
Şərqin nüfuzlu dövlətlərindən biri hesab edilən Suriya Ərəb 
Respublikası Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 
1992-ci ilin martın 28-də yaradılmışdır. Ölkələrimiz arasında 
əməkdaşlıq indiyə  qədər  əsasən BMT və  İslam Konfransı  Təşkilatı 
çərçivəsində həyata keçirilir. 
Suriya  Ərəb Respublikası ilə siyasi, iqtisadi sahələrdə ikitərəfli 
əlaqələri möhkəmləndirmək məqsədilə 1997-ci ilin aprelində 
Azərbaycan Respublikasının Prezidenti Dəməşqdə Azərbaycan Res-
publikasının səfirliyinin təsis edilməsi barədə qərar qəbul etmişdir. 


 
201 
1997-ci ilin payızında ölkəmizin xarici işlər naziri Suriyaya 
rəsmi səfər etmişdir. Səfər zamanı keçirilmiş görüşlərdə regional və 
beynəlxalq problemlər, Ermənistanın Azərbaycana qarşı yönəltdiyi 
işğalçı siyasətinin ağır nəticələri, Yaxın  Şərq problemi və qarşılıqlı 
maraq doğuran bir sıra siyasi-iqtisadi məsələlər müzakirə 
olunmuşdur. 
Azərbaycanla Suriya arsında ticarət  əlaqələri hələlik birtərəfli 
istiqamətdədəir. Azərbaycana Suriyadan gətirilən məhsulların 
dəyərcə 70 faizə  qədəri yüngül sənaye məhsullarının payına düşür. 
Suriyadan kimya və neft-kimya, metallurgiya, agac emalı  sənaye 
məhsulları da idxal edilir. Vaxtilə Suriyada fəaliyyət göstərmiş sovet 
neftçiləri məhz Azərbaycan Dəniz Neft Qurğularını Layihələşdirmə 
İnstitutunun layihəsi  əsasında Süveydə, Qaraçuk və Rumelan neft 
yataqlarını istifadəyə verməyə kömək etmişlər. Suriyada işləmiş 
həmyerlilərimizin əksəriyyəti dövlət mükafatlarıyla təqdim olunmuş, 
neftçi Lətif Sadıqovun adı «Suriyanın fəxri vətəndaşları» kitabına 
yazılmışdır. 
  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin