Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə154/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   150   151   152   153   154   155   156   157   ...   229
4. İqtisadiyyatı 
 
İstiqlaliyyətini 1943-cü ildə  əldə etsə  də, Suriya ancaq II 
Dünya müharibəsindən sonra müstəqil siyasi və iqtisadi inkişaf 
yoluna qədəm qoydu. Milli və iqtisadi müstəqilliyinin ilk illərində 
Suriya Yaxın və Orta Şərqdə kapitalizm münasibətləri hələ rüşeym 
halında olan aqrar-xammal ölkələrindən biri idi. O zaman ölkə 
iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. 
Suriya hökumətinin həyata keçirdiyi ilk tədbirlər sırasına yerli 
pulun xarici valyutadan asıllığının qarşısını almaqdır. Milli sənayeni 
inkişaf etdirmək məqsədilə dövlət bir sıra bankları, hərəsində 100 
nəfərdən artıq fəhlə çalışan müəssisələri, habelə  sığorta  şirkətlərini 
milliləşdirdi. Ölkənin yeraltı  sərvətləri ümumdövlət mülkiyyəti elan 
olundu, elektrik stansiyalarının üzərinə dövlət nəzarəti qoyuldu. 
Suriya hökumətinin iqtisadiyyat sahəsində həyata keçirdiyi ən 
mühüm tədbirlərdən biri də dövlət bölmələrinin yaradılması idi. Bu 
prosesin ilk illərində dövlət keçmiş müstəmləkə inzibati idarəsinə 
mənsub olan mülkiyyəti, xarici şirkətlərə  məxsus olan zavod və 
fabrikləri pul ilə onlardan satın alırdı. Artıq 1965-ci ilin əvvəlləri 
üçün  İraq və  Səudiyyə  Ərəbistanından başlayıb Suriya ərazisindən 
keçən neft kəmərləri istisna olmaqla xarici kapital Suriyada öz 
mövqeyini, demək olar ki, tamamilə itirdi. Sonrakı illərdə dövlət 
bölmələrinin genişləndirilməsi işinə diqqət daha da artırıldı. Hazırda 
Suriya sənayesinin istehsal etdiyi ümumi məhsulun yarıdan çoxu 
dövlət bölmələrinin payına düşür. 
İqtisadiyyatın aparıcı sahələrini  ələ keçirən Suriya hökuməti 
planlı inkişaf yolunda ilk addımlarını atmağa başladı.  İlk beşillik 
planın (1961-1965) yerinə yetirilməsi üçün iqtisadiyyata 2,7 mlrd. 
Suriya funtu məbləğində kapital qoyulmuşdu. Bu plana görə ölkənin 
ümumi sənaye artımı hər il 7 faizdən az olmamalı idi. 
1966-1970-ci illəri  əhatə edən II beşillik planın vəzifələrini 
həyata keçirmək üçün ölkə iqtisadiyyatına təqribən 5 mlrd. Suriya 
funtu məbləğində kapital qoyulur. İkinci beşillik plan sənaye və 
nəqliyyat tikintisinə, istilik-energetika bazasının möhkəmlənməsinə 
və sosial-ictimai məsələlərin inkişafına xüsusi diqqət verməli idi. 
1967-ci ildə baş vermiş  İsrail-Ərəb müharibəsi beşillik planların 
həyata keçirilməsinə maneçilik törətdi. 
XX əsrin axırlarına yaxın Suriyanın sosial-iqtisadi vəziyyəti bir 
 
206
qədər ağırlaşdı. Bunun səbəbləri çoxdur. Bu səbəblər içərisində 
dünya bazarında neftin satış qiymətlərinin stabil olmaması, bəzi ərəb 
ölkələrinin Suriyaya göstərdikləri əvəzsiz köməkdən imtina etmələri, 
Livanda ekspedisiya korpusunun saxlanması, Fələstinin açıq-aşkar 
müdafiə etməsi ilə  əlaqədar  İsrail və  Qərb ölkələri ilə 
münasibətlərindəki gərginlik və s. bu qəbildən olanlardır. Xarici 
mütəxəssislər belə hesab edirlər ki, Suriyanın dövlət büdcəsinin 40-
45 faizi hərbi xərclərə sərf olunur. 
Region ölkələrinin  əksəriyyətindən fərqli olaraq Suriya 
iqtisadiyyatında dövlət öz aparıcı rolunu saxlamaqdadır. Maliyyə, 
xarici ticarət, dəmir yolu, hava nəqliyyatı  və s. tamamilə dövlətin 
nəzarətindədir. Bununla yanaşı son illərdə iqtisadiyyatda 
liberallaşdırma və  şəxsi bölmənin genişləndirilməsi istiqamətində 
addımlar atmağa başlanılmışdır.  Şəxsi bölmə  kənd təsərrüfatı, 
parakəndə satış, turizm və mehmanxana biznesində, xidmətin 
müxtəlif sahələri, mənzil tikintisində özünə geniş yer tuta bilmişdir. 
2000-ci ildə yeni prezident hakimiyyətə gəlməklə ölkəyə xarici 
kapitalın cəlb edilməsi üçün geniş  işlər görməyə başlanılmış, bütün 
əsas fondların 30 faizdən çoxunun yer aldığı dövlət sektorunun 
yenidən qurulması proqramının icrası başlanılmışdır. 
2005-ci ildə ölkənin ümumdaxili məhsulunun həcmi 60 mlrd. 
ABŞ dollarına çatmışdır. Bu isə adambaşına 3500 dollar düşməsinə 
səbəb olmuşdur. İqtisadiyyatın inkişaf tempi 90-cı illərdə 5,6 faiz təşkil 
etsə də, 2005-ci ildə bu rəqəm 3,2 faiz həddinə enmişdir. 
İqtisadiyyatın sahələr üzrə strukturuna (2004-ci il) kənd 
təsərrüfatı, meşə  təsərrüfatı  və balıqçılıq Ümumdaxili məhsulun 27 
faizini, sənaye sahələri 23 faizini, xidmət sahələri isə 50 faizini təşkil 
edirdi. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin