Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Sənayenin aparıcı sahələri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə155/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   151   152   153   154   155   156   157   158   ...   229
Sənayenin aparıcı sahələri.  Sənaye Suriya iqtisadiyyatında 
sürətlə inkişaf edən sahələrdən biridir. Ölkə sənayesində hasilat, neft 
emalı, metal emalı, hərbi, energetika, kimya, tikinti, yüngül yeyinti 
sahələri nisbətən inkişaf etmişdir. Əmək qabiliyyətli əhalinin 30 faizə 
qədəri bu sahələrdə çalışır. 
Hasilat sənayesi son illərdə iqtisadiyyatın nisbətən dinamik 
sahəsinə çevrilmişdir. Neft ehtiyatlarının təqribən 500 mln. tona 
yaxın olması məlumdur. İllik hasilat isə orta hesabla 30 mln. tondur. 
Suriyada bərk yanacağın az olması, təbii qaz və su resurslarından zəif 
istifadə ölkənin enerji balansında neft çıxarmanın rolunu 


 
207 
qüvvətləndirmişdir. 
Suriya  ərazisində Rumelan, Cibis, Hələb, Cənubi Fərat və 
Tədmor adlanan 5 iri neft sənaye rayonu ayırmaq olar. 2005-ci ilə 
olan məlumata  əsasən ölkədə 72 neft-qaz yatağı açılıb. Ancaq bu 
yataqların əksəriyyətinin nefti ağır, parafinli və kükürdlüdür. Hazırda 
ölkədə sənaye istismarında 7, təcrübə-sınaq istismarında isə 16 yataq 
fəaliyyət göstərir. 
Suriya  ərazisində  əsas neft rayonu Rumelandır. Ölkədə olan 
neft ehtiyatının və  çıxarılan neftin yarıdan çoxu bu yatağın payına 
düşür. Ölkə  rəhbərliyi Suriyanın neftçıxarma sənayesinin gələcəyini 
dövlətə məxsus neft şirkətlərinin xarici partnyorlarla əməkdaşlığında 
görür. 1989-cu ildən bəri Suriyada ABŞ, Böyük Britaniya, Rusiya, 
Almaniya, Fransa, Norveç şirkətləri neft və qaz kəşfiyyatı  işləri ilə 
məşğul olurlar. Suriyanın neft emalı müəssisələrinin illik gücü 12 
mln. tondur. Hims və  Bəniyasda yerləşən bu zavodlarda texniki 
yanacaq, müxtəlif sürtgü yağları və b. məhsullar istehsal olunur. Suri-
yada neftlə bərabər təbii qaz da çıxarılır. 
Ölkədə neft və qazla yanaşı dəmir filizi (ehtiyatı 450 mln. ton), 
fosfat (ehtiyatı 1,5 mlrd. ton), sement, daşduz da çıxarılır. Yerli fos-
forit əsasında ölkədə mineral gübrə istehsalına başlanılmışdır. Fosfat 
gübrələri daxili təlabatı ödəməklə yanaşı ixrac da olunurlar. Kimya 
sənayesi gübrə və yuyucu maddələrlə yanaşı, lak və boyalar, sintetik 
materiallar, əczaçılıq və kosmetika məhsulları istehsal edir. 
Emaledici sənayenin payına Suriya milli sənayesinin təqribən 
20 faizi düşür. Emaledici sənaye sahələri içərisində kapital qoyu-
luşuna, fəhlələrin sayına və ümumi məhsulunun dəyərinə görə ən ink-
işaf etmiş toxuculuq sənayesidir. Suriyanın toxuculuq sənayesinin 
əsasını pambıqtəmizləmə, əyirici, tikiş, trikotaj və corab istehsal edən 
müəssisələr təşkil edir. Suriyanın toxuculuq sənayesi yerli xammal 
əsasında inkişaf etməyə başlamışdır. Ölkədə 150 mindən artıq 
dəzgahı olan ondan artıq əyirici fabrik vardır. Bu fabriklərdə bir ildə 
təxminən 35 min ton pambıq parçaya olan daxili tələbatını tamamilə 
ödəyir və müəyyən hissəni ixrac etməyə imkan yaradır. Ölkədə toxu-
culuq məmulatı istehsalı ildən-ilə artır. 
Pambıq parça ilə yanaşı ölkədə yun və ipək parça toxuculuğu da 
inkişaf etdirilir. Suriyada hər il orta hesabla 2 min ton yun ipliyi hazır-
lanır. Suriya toxuculuq sənayesinin ixrac üçün istehsal etdiyi hazır 
məmulatı ilk növbədə  Ərəb ölkələrinə, pambıq ipliyi isə Rusiya, Ru-
 
208
mıniya, Almaniya, İtaliya və başqa ölkələrə göndərir. 
Yeyinti sənayesi  əhəmiyyətinə görə toxuculuq sənayesindən 
sonra ikinci yeri tutur. Yeyinti sənayesinin  əsasını  şəkər, bitki yağı, 
konserv, içki, tütün məmulatı istehsalı ilə  məşğul olan müəssisələr 
təşkil edir. 
Suriyanın təbii şəraiti şəkər istehsalı üçün əlverişli hesab olu-
nur. Son illərdə  şəkər çuğunduru  əkin sahələri 13,5 min hektardan 
36,0 min hektara qədər, məhsul toplanması 201,6 min tondan 1,3 
mln. tona qədər, bir hektardan orta məhsuldarlıq isə 15 tondan 36 
tona qədər artmışdır. Ölkədə olan 7 şəkərçuğunduru emalı zavod-
larının (Hims, Əzra, Raqqa, Deyr-əz-Zur,  əl-Tab, Miskin və  Təəl-
Sabah) birgünlük istehsal qüvvəsi 750 tondan 4000 tona qədər art-
mışdır. Ölkədə bitki yağı istehsal edən irili-xırdalı yüzlərcə kiçik 
müəssisə var. Konserv zavodlarının sayı ondan çoxdur. Bir neçə 
dövlət tütün fabriki bir ildə 5 min ton tütün məmulatı istehsal edir. 
Suriyada böyük tikintilər başlandığından tikinti materialları 
sənayesinin, xüsusilə sement istehsalının əhəmiyyəti xeyli artmışdır. 
Köhnə müəssisələrinin modernləşdirilməsi və yeni zavodların ti-
kintisi hesabına sement istehsalı ilə «Ceneral sement kompani» 
şirkəti məşğul olur. Bu şirkətin yeddi şəhərdə (Dəməşq, Hələb, 
Həmət, Laziqiyyə və s.) iri müəssisələri var. İstehsal olunan sementin 
böyük hissəsi ölkə daxilində istifadə olunur. Bununla belə qonşu 
ölkələrə hər il 500-600 min ton sement ixrac edilir. 
Sement zavodlarından başqa ölkədə dəmir-beton şpalları hazır-
layan zavod, şüşə zavodu, ağac emalı zavodları və tikinti sənayesinə 
lazım olan başqa müəssisələr var. Suriyada kağız və karton istehsal 
edən bir neçə müəssisə var. Bu müəssisələr bir ildə 35 min ton 
məhsul istehsal etmək qüvvəsinə malikdirlər. Yerli müəssisələrin 
istehsal etdikləri kağız və karton məmulatı ölkə ehtiyacını ödəyə 
bilmir. 
Metallurgiya, metal emalı  və maşınqayırma sənayesi 400-dən 
artıq müxtəlif təmir, mexaniki və metalemaledici müəssisələrdə 
cəmlənmişdir. Ölkədə idxal olunan hissələrdən soyuducu, pal-
taryuyan maşın, televizor, elektrik və su sayğacları istehsal edən 
müəssisələr var. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin