Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Nəqliyyatı, xarici ticarəti



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə157/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   153   154   155   156   157   158   159   160   ...   229
Nəqliyyatı, xarici ticarəti.  Suriyanın nəqliyyat  şəbəkəsi o 
qədər də yaxşı inkişaf edə bilməmişdir. Burada hər min kv. km 
əraziyə  təqribən 6 km uzunluğunda dəmir və 65 km uzunluğunda 
şosse yolu düşür. Bu göstəriciyə görə Suriya qonşuları Türkiyə  və 
 
210
İraqdan geri qalır. Ölkə daxili yük və sərnişin daşımalarının 80 faizə 
qədəri avtomobil yollarının payına düşür. Suriyanın bərk örtüklü av-
tomobil yollarının uzunluğu 40, dəmir yollarınınkı isə 3,1 min km-
dir. Boru kəməri nəqliyyatı neftin İraq və  Səudiyyə  Ərəbistanından 
tranzit axınına, həmçinin ölkə neftinin nəqlinə hesablanmışdır. 
Ölkənin avtomobil yollarının 5 min km-i iqtisadi və strateji 
əhəmiyyətinə görə beynəlxalq dərəcəlidir. Suriyadan avtomobillə 
Livana, Ürdünə, İraqa, Türkiyəyə getmək olar. Ölkə daxili ən mühüm 
dəmir yolu Qamışlı-Laziqiyyə (uz. 758 km) xəttidir. Dəniz nəqliyyatı 
lazımi səviyyədə inkişaf edə bilməmişdir. Laziqiyyə, Tartus və 
Bəniyas ölkənin  ən böyük dəniz portlarıdır. Dəməşq və  Hələb 
şəhərlərinin yaxınlığında beynəlxalq dərəcəli təyyarə portları 
fəaliyyət göstərir. 
Xarici ticarət. Ölkə iqtisadiyyatında xarici ticarət xüsusi 
əhəmiyyət kəsb edir. Xarici iqtisadi siyasət sahəsində Suriya 
hökuməti balanslaşdırılmış yanaşma nümayiş etdirir. Ərəb 
həmrəyliyinə meyllidir və invistisiya ab-havasının yaxşılaşdırıl-
masına çalışır. Suriya ixracatının əsasını neft, pambıq, sement, arpa, 
diri heyvan, müxtəlif meyvələr, yun, gön-dəri və s. təşkil edir. Ölkə 
ixracatından gələn gəlirin təqribən 40 faizi neft və neft məhsullarının, 
30 faizi toxuculuq və gön-dəri məmulatının, 10 faizi kimyəvi 
məhsulların payına düşür. Suriya maşın və avadanlığa, nəqliyyat 
vasitələrinə, qara və  əlvan metallara olan tələbatının təqribən 90, 
qənd, çay, qəhvə, çəltik,  ət məhsullarına olan tələbatının 40 faizini 
idxal hesabına ödəyir. Bunlardan başqa böyük həcmdə meşə materi-
alları, əhali tərəfindən çox işlənən məmulatlar da idxal olunur. 
 2005-ci  ildə xarici ixracatının dəyəri 6,0 mlrd. dollar 
həcmində olmuşdur. Əsas alıcıları Qərbi Avropa ölkələri, Türkiyə və 
Livandır. Elə həmin il idxalın həcmi 5,0 mlrd. dollara bərabər olmuş-
dur. Ukrayna satıcı dövlətlər sırasında liderdir. Ölkənin pul vahidi – 
Suriya funtudur. Son illərdə  Dəməşq, Tartus, Hələb və Laziqiyyədə 
Azad ticarət zonaları təsis olunmuşdur. Lakin onlar hələlik lazımınca 
təşəkkül tapmamışlar. 
 2005-ci  ildə ölkənin xarici borcu 30,0 mlrd. dollardan bir 
qədər artıq olmuşdur. Suriya Asiya ölkələri ilə  əlaqələrinə xüsusi 
fikir verir. Rusiya ölkədə 40-dan artıq obyekti inşa etməklə yanaşı, 
ölkə ordusunu müasir silahlarla da təchiz edir. Rusiyaya borcu 12 
mlrd. dollardır. 


 
211 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin