Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə156/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   152   153   154   155   156   157   158   159   ...   229
Kənd təsərrüfatının aparıcı sahələri. Əmək qabiliyyəti olan 
adamların təqribən yarısını özündə birləşdirən kənd təsərrüfatı ölkə 
milli gəlirinin ancaq 20 faizini yarada bilir, kənd təsərrüfatında üç 


 
209 
bölmə: dövlət, kooperativ və kiçik kəndli təsərrüfatları  fəaliyyət 
göstərir. 1958-ci ildə icarə münasibətləri və aqrar islahatlar haqqındı 
ilk qanun qəbul olunur. 1963 və 1970-ci ildə aqrar islahat 
qanunlarına mühüm əlavələr edildikdən sonra torpaq sahibkarlarının 
mülkiyyəti bir qədər məhdudlaşdırılmışdır. 
Aqrar islahatlardan sonra dövlətdən torpaq almış  kəndlilər 
arasında kooperativ hərəkat genişlənməyə başlayır. Hazırda Suriyada 
1,8 mln. hektar sahəsi olan 4500-dən artıq kooperativ təsərrüfat var. 
Ölkə  kənd təsərrüfat məhsulları istehsalının 45 faizi bu 
kooperativlərin payına düşür. 
Ümumi sahəsi 18,4 mln. hektar olan Suriya torpaqlarının 8,7 
mln.-u kənd təsərrüfatı üçün əlverişlidir, bunun isə  təqribən 6,0 mln. 
hektarından istifadə olunur. Fərat vadisində  və oazislərdə suvarılan 
əkinçilik üstünlük təşkil edir. Becərilən torpaqlarda əsasən dənli 
(buğda, arpa, qarğıdalı), texniki (pambıq, tütün, şəkər çuğunduru) 
bitkilər yetişdirilir. Suriyada bostan və  tərəvəz bitkiləri, üzüm və 
meyvə bağları da geniş  ərazi tutur. Kənd təsərrüfatı  məhsuldarlığının 
qeyri-sabit və aşağı səviyyədə olması onun texniki-iqtisadi geriliyi ilə 
bağlıdır. Suriyada əl əməyindən və qoşqu heyvanlarının gücündən hələ 
çox istifadə olunur. Yem çatışmazlığı üzündən heyvandarlıq lazımi 
səviyyədə inkişaf edə bilməmişdir. Ölkədə ət, yağ, yun, dəri və bağır-
sağa (kolbasa istehsalı üçün) olan tələbatın müəyyən hissəsi yerli im-
kanlar hesabına ödənilir. 
Əsasən ekstensiv istiqamətdə (yəni kəmiyyətə üstünlük 
verməklə inkişaf edən) heyvandarlığın məhsuldarlıq səviyyəsi 
aşağıdır. Baytarlıq mədəniyyətinin zəif inkişafı, otlaqların çatış-
mazlığı, müharibələr və başqa səbəblər üzündən son illərdə ev hey-
vanlarının sayı bir qədər azalmış, təbii artım isə çox zəif olmuşdur.  
Suriya hökuməti heyvandarlıqdakı geriliyi aradan qaldırmaq 
üçün nümunəvi fermalar, elmi-tədqiqat mərkəzləri yaratmışdır. 
Ölkədə  əhalinin  ət məhsullarına olan tələbatını ödəmək üçün böyük 
şəhərlərin  ətrafında broyler təsərrüfatları yaradılır. Suriyanın sahil 
sularında balıq ovu inkişaf etdirilir (ildə orta hesabla 12-13 min ton 
balıq ovlanır). 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin