Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə153/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   149   150   151   152   153   154   155   156   ...   229
Dəməşq  (ərəb dilində «təşəbbüs», «fəaliyyət» mənasını 
bildirir) nəinki Suriyanın, eləcə də dünyanın ən qədim şəhərlərindən 
biridir. Dəməşq barədə ilk məlumat e.ə. 1500-cü ilə  təsadüf edir. 
Eramızdan  əvvəl X yüzilliyin əvvəllərindən e.ə. 732-ci ilə  qədər 
şəhər qədim Dəməşq padşahlığının paytaxtı olub. 
Çoxəsrlik tarixi boyu Dəməşq assuriyalılar, farslar, 
makedoniyalılar, romalılar tərəfindən dəfələrlə  təzyiqə  və az qala 
məhv olmağa məruz qalıb, lakin bir müddətdən sonra ticarət və 
mədəniyyət mərkəzi kimi yenidən dirçələ bilib. Eramızın 635-ci 
ilində  ərəblər tərəfindən zəbt olunana qədər Dəməşq bizansların 
hakimiyyəti altında idarə olunub. Eramızın 661-750-ci illərində 
Dəməşq  Əməvilər xilafətinin paytaxtı olduğundan müsəlman 


 
203 
dünyasının ən böyük siyasi, dini və ticarət mərkəzinə çevrilir. 
XIII və XIV yüzilliklərdə  Dəməşq monqollar tərəfindən 
basqına məruz qalır və Tamerlan ordusu tərəfindən dağıdılır. 1516-cı 
ildən I Dünya müharibəsinin axırına kimi Suriya və  Dəməşq də 
Osmanlı imperiyasının tərkibinə daxil idi. Müasir Dəməşq Bəradə 
çayının hər iki sahilində Kasyun dağının  ətəklərində  dəniz 
səviyyəsindən təxminən 700 metr hündürlükdə yerləşib. Təyyarədən 
şəhərə baxanda o, çay boyunca yaşıl zolaqla əhatə olunmuş böyük 
ovalığı xatırladır. Belə güman olunur ki, Suriyada mövcud olan bütün 
qızılgül növlərinin vətəni Dəməşqdir. Əgər Bakıda və Azərbaycanda 
həvəskarlar üzüm tənəklərini tağlara qaldırırlarsa, Dəməşqdə  və 
Suriyada qızılgülləri tağlara qaldırırlar. Şəhərin coğrafi mövqeyi çox 
əlverişlidir. O, Aralıq dənizindən Mesopotamiya və  İran körfəzinə, 
Kiçik Asiyadan Ərəbistan yarımadasına və Misirə gedən mühüm 
nəqliyyat yollarının kəsişdiyi yerdə yerləşsə  də, onun mövcudluğu 
həmişə burada suyun bolluğu ilə bağlı olub. Dəməşq vadisi şəhəri su 
ilə  təchiz etməklə  bərabər onun ətrafını  əhatə edən bağ, bostan və 
üzümlüklərdə, bir sözlə  şəhər  ətrafının yaşıl qurşağında yetişdirilən 
kənd təsərrüfatı məhsulları ilə də təmin edir. 
Qədim  Şərq  şəhərlərinin hamısında olduğu kimi, Suriya 
paytaxtının da yeni və  qədim hissələri var. Ümumiyyətlə, Dəməşqdə 
yeniliyə  və köhnəliyə, antikliyə  və ultramüasirliyə  hər addımda 
təsadüf etmək olar. 
Ümumi  şəhər ansanblında müasir tikililər daha geniş yer 
tutduğundan,  şəhərin Avropa görkəmi daha tez nəzərə çarpır. Eyni 
zamanda dövlət tərəfindən tikilmiş yeni binalar, məktəblər, 
müəssisələr, banklar, qospitallar öz xarici görkəmlərində  ərəb 
memarlıq üslubunu saxlayır. Binaların əksəriyyəti ağ əhəngdaşından 
tikildiyindən onlar şəhərə parlaqlıq və gözəllik verir. 
Dəməşqdə 3 mln. nəfərdən artıq adam yaşayır. Bunların 90 
faizi  ərəblərdir.  Ərəblərdən başqa  şəhərin bəzi məhəllələrində 
kürdlər, türklər və avropalılar məskunlaşıb. Dəməşqdə yaşayanların 
90 faizə qədəri etiqadlarına görə sünni müsəlmanlardır. Şəhərdə irili-
xırdalı 300-dən artıq məscid fəaliyyət göstərir.  Şəhər  əhalisinin 100 
min nəfəri provaslav və katolik etiqadlıdır. İlk xristian kilsələrindən 
birinin patriarxiyası
*
 Dəməşqdə yerləşib. 
                                      
*
 Pravoslav xristian kilsəsinin başçısının yüksək rütbəsi. Həqiqi mənası 
ata hökmranlığı. 
 
204
Dəməşq bütün göstəricilərinə görə ölkənin  ən iri sənaye 
şəhəridir. Burada bir neçə toxucu-əyirici fabrik, şüşə,  əzcaçılıq, 
sement, elektrokabel istehsal edən müəssisələr, xalça fabriki, şəkər, 
konserv, meyvə suyu, pasterizə edilmiş süd istehsal edən zavodlar, 
həmçinin elektrik stansiyaları, metallurgiya və maşınqayırma 
müəssisələri var. Dəməşqin fabrik-zavod müəssisələrinin əksəriyyəti 
şəhərin kənarlarında salınıb. 
Dəməşq həmçinin ölkənin mühüm tranzit-nəqliyyat 
mərkəzidir. Aralıq dənizi vasitəsilə Ürdünə  və  İraqa gələn yüklərin 
böyük bir qismi Dəməşqdən keçir. Dəməşq ölkə  dəmir yollarının 
qovşağı olsa da, daxili yük və  sərnişin daşımalarında avtomobil 
nəqliyyatının rolu böyükdür. Dəməşqin bir neçə km-də beynəlxalq 
dərəcəli aeroport var. 
Bütün paytaxtlar kimi Dəməşq də ölkənin siyasi-ictimai və 
mədəni həyatında böyük rol oynayır. Bütün böyük müəssisələr, elm, 
mədəniyyət və poliqrafiya mərkəzləri Dəməşqdədir.  
Suriyalıların bütün ölkədə  ən müqəddəs hesab etdikləri yer, 
Dəməşqin memarlıq incisi sayılan  Əməvilər məscididir. Bu tarixi 
abidə  İslama qədərki qədim Yupiter ibadətgahının yerində tikilib. 
Eramızın IV yüzilliyində yenidən qurulan bu tarixi abidə müqəddəs 
İohan krestitel kilsəsi adlandırılmışdı. Suriya ərazisindəki xristian 
abidələri Əməvi rəhbərliyini ciddi düşündürmüş və əsaslı quruculuq 
işlərinə sövq etmişdir. Böyük xərc və əziyyətlə başa gələn bu məscid 
binası müsəlman ölkələrində sonralar tikilən bu tipli binalar üçün 
həqiqi nümunə olmuşdur. 
Dəməşqin görkəmli yerlərindən biri də  şəhərin türk 
qubernatoru Əsəd paşa əl-Əzəmin 1750-ci ildə tikdirdiyi və sonradan 
əl-Əzəm adlandırılmış saraydır. Bu sarayda Suriya sənətkarlarının 
uzaq keçmişdən şöhrət qazandıqları Dəməşq dekorativ incəsənətinin 
bütün növləri təsvir olunub. Saray tikilərkən istifadə olunan tikinti 
daşlarının müxtəlif rəng çalarları, incə mozaika, ciddi harmoniya və 
rənglərin simmetrik düzülüşü zərif kübarlıq təsəvvürü yaradır. 
Dəməşqə gələnləri Süleymaniyyə dərviş məscidi də cəlb edir. 
Şəhərdə  və bütün ölkədə  ən zərif və gözəl məscid kimi tanınan 
Süleymaniyyə 1554-cü ildə inşa edilmişdir. Süleymaniyyə 
məscidinin minarələri və böyük gümbəzləri  şəhərin, demək olar ki, 
hər yerindən görünür. 
 


 
205 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin