217
buzlaqlarından istifadə etməkdən ibarətdir. Mütəxəssislər hesabla-
mışlar ki, Antarktida aysberqlərinin (suya düşmüş buz dağı) Səudiyyə
Ərəbistanı sahillərinə gətirmək texniki cəhətdən çətin deyil və buzlaq
suyu təmizlənmiş dəniz suyundan dəyərcə 50-70 faiz ucuz başa gələ
bilər. İkinci variant isə aysberqlərin Səudiyyə Ərəbistanına nisbətən
Antarktidaya xeyli yaxın yerləşmiş Cənubi Afrika Respublikası
sahilərinə çatdırmaq, həmin buzlaqdan alınmış təmiz
suyu tankerlərə
dolduraraq Səudiyyə Ərəbistanına göndərməkdir.
Səudiyyə Ərəbistanı hökuməti təbiətinə biganə qalan dövlət
deyil. Ölkədə ekoloji tarazlığı qorumaq üçün milli parklar,
qoruqlar
və yasaqlıqlar salınmışdır. Amma bu işlər lazımi səviyyədə inkişaf
edə bilməmişdir.
Dostları ilə paylaş: