Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə160/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   156   157   158   159   160   161   162   163   ...   229
İqlimi və hidroqrafiyası. Səudiyyə  Ərəbistanının  ərazisi bü-
tövlükdə quru subtropik zonadadır. Bu zonada yağıntı az, temperatur 
isə yüksəkdir. Ölkənin mərkəzi hissəsində sahil bölgələrindən fərqli 
olaraq (bu bölgələrdə havanın yüksək hərarətinə yüksək nəmişlik də 
əlavə olunur) havanın quruluğu istiyə dözməyə imkan verir. Qırmızı 
dənizin şərq sahilində ilin 10 ayı çox isti keçir. Buxarlanmış hava tez 
bir zamanda adamın  əynindəki paltarı isladır.  İran körfəzi sahilində 
istiyə dözmək Qırmızı dəniz sahillərinə nisbətən daha asandır. 
Səudiyyə  Ərəbistanında hava şəraitinin və temperaturun for-


 
215 
malaşmasında küləklər mühüm rol oynayır. Ölkənin  şərq hissəsində 
şimal və  şimal-qərb küləkləri hökm sürür (ərəblər bu küləkləri «şe-
mal» adlandırırlar). Bu küləklər qış aylarında temperaturun kəskin 
surətdə  aşağı düşməsinə  səbəb olur və Hind okeanından  əsən ilıq 
hava axınını dağıdır.  İnsan orqanizminə daha çox zərər vuran isti 
Şərq küləyini  ərəblər «səmum» adlandırırlar. Bu söz «zəhərli», 
«zərərli» mənalarını bildirir. 
Hind okeanının musson küləkləri ölkəyə yağış  gətirir. Bu 
yağışlar subtropik zonalarda olduğu kimi adətən güclü, qısamüddətli 
olduğundan təsərrüfata, evlərə böyük ziyan vurur. Mərkəzi 
Ərəbistanda və  Nəcddə yağışlar yay və  qış aylarında, Hicazda isə 
qışın və yazın  əvvəllərində yağır. Ölkənin  şərq hissəsində yağışlar 
adətən noyabr, dekabr aylarında başlayıb may ayında qurtarır.  Ən 
yağışlı yer Asir adlanan cənub-qərb rayonudur.  
Burada il ərzində sahilə 200 mm, dağlara 600 mm-ə qədər ya-
ğıntı düşür. Mərkəzi rayonlarda və  Nəcddə il ərzində yağıntı 100 
mm-ə yaxın, Hicaz dağlarında bundan bir yarım, iki dəfə çox olur. 
Ölkənin şərq hissəsində (Dəhran rayonu) yağıntının orta illik miqdarı 
75 mm-dir, lakin bəzən bu 175 mm-ə  qədər artır, ya da 25 mm-ə 
qədər enir. 
Ərəbistan yarımadası platforıması  şərqə  tərəf getdikcə 
alçaqlaşdığından qərb rayonlarında yağan yağışlar suyadavamlı 
təbəqələrə  qədər süzülüb keçir və  şərq rayonlarının yeraltı 
rezervuarlarında yığılıb qalır. İran körfəzi rayonunda quyu qazmaqla 
təmiz  şirin suyun asanlıqla  əldə edilməsi bununla bağlıdır.  Əl-Həsa 
və Əd-Katif oazislərində əsrlərdən bəri ərəblər quyunu əl ilə qazıb su 
çıxarırlar.  İran körfəzi rayonu sahillərində, hətta körfəzin dibində 
belə  şirin su fəvvarələri aşkar edilmişdir. Bu səbəbdən də sahil 
rayonunun şirin su ilə təchiz olunması, yarımadanın başqa hissələrinə 
nisbətən qat-qat yaxşıdır.  
Qərbdə, dəniz səviyyəsindən 200-400 m hündürlükdə olan 
Dəhnə qumluqlarında isə su azdır. Burada yağış suyunu kiçik 
hovuzlara yığır,  əl ilə  70  m,  bəzən daha dərin quyular qazırlar. 
Kifayət qədər yaxşı içməli su əldə etmək üçün qazma üsulu ilə 160-
230 m dərinliyə  qədər quyu qazmaq və güclü nasoslardan istifadə 
etmək lazım gəlir. Bir çox yerlərdə su şor çıxır və içmək üçün yararlı 
olmur. 
Səudiyyə  Ərəbistanında daimi axara malik çaylar, eləcə  də 
 
216
şirin sulu göllər yoxdur. Buna baxmayaraq çox yağıntılı illərdə su 
nəinki çayların quru yatağını (vadini) doldurur, hətta müvəqqəti 
axınlar və göllər yaradır. Bu cür göllərin suyu çirkli və duzlu 
olduğundan ondan məişətdə istifadə olunmur. Qalın qum qatından 
keçərək yaxşıca süzülən və keyfiyyətinə görə bulaq suyundan 
seçilməyən yeraltı suların əhəmiyyəti böyüyür. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin