Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə168/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   164   165   166   167   168   169   170   171   ...   229
Kənd təsərrüfatının aparıcı sahələri.  Sənaye sahələri ilə 
müqayisədə  kənd təsərrüfatı o qədər də yaxşı inkişaf etməmişdir. 
Ölkə  ərazisinin cəmi 4,2 faizə  qədəri becərilir. Mühüm kənd 
təsərrüfatı rayonları  Əl-Asir  əyalətinin dəniz sahilləri və Tihamə 
vadisidir. Məkkə, Mədinə, Əl-Taif, Bureyda, Anayza, Ər-Riyad, Əl-
Xüfuf,  Əl-Katif və digər vahələrdə irriqasiyanı genişləndirmək yolu 
ilə əkinçiliyi inkişaf etdirmək olar. 
Kənd təsərrüfatının mühüm sahəsi bitkiçilikdir. Xurma və 
mədəni bitkilərin becərilməsi xüsusi əhəmiyyət kəsb edir. Hökumət 
kənd təsərrüfatının intensivləşdirilməsi üzrə çox geniş proqram qəbul 
edib. Səudiyyə  Ərəbistanı  ərzaqla özünü təminatı 90 faizə çatdırıb. 
Kənd təsərrüfatına aid dövlət proqramı həm dövlət xətti ilə, həm də 
özəl sektora arxalanmaqla həyata keçirilir. Fermerlərə  və  kəndlilərə 
faizsiz kreditlər verilir, xarici texnikanın, kimyəvi məmulatların, 
məhsuldar toxum növlərinin yarısı dövlət hesabına ödənilir. 200 
hektaradək sahənin becərilməsi üçün torpaq pulsuz paylanır. 
Hökumət dənli bitkilər və xurma üçün satınalma qiymətlərinin 
dəyişməz qalmasını  təmin edir. Orta hesabla torpaq payı 15 min 
hektar olan iri səhmdar kənd təsərrüfatı şirkətləri nisbətən rentabelli 
olmaları ilə fərqlənirlər. Bütün dövlət tədarükü onların payına düşür. 
Bunlarla yanaşı torpaq payı 120 hektaradək olan ortaölçülü fermalar 
da mövcuddur. Ölkə üzrə  kənd təsərrüfatı  məqsədləri üçün istifadə 
olunan torpaqların ümumi sahəsi 53 mln. hektardır. 
Taxılın hər hektarından orta məhsuldarlıq 45 sentnerə çatır, 
lakin bu nəticəyə  çəkilən məsrəflər taxılın dünya bazarındakı 
qiymətlərindən 2 dəfə baha başa gəlir. Bu səbəbdən dövlət taxıl 
istehsalını milli tələbat həddində  məhdudlaşdırır. Otlaqlar əvəzi 
ödənilmədən paylanılır, demək olar ki, rəmzi qiymətlərlə. 
Heyvandarlıqla məşğul olanlara müxtəlif növ subsidiyalar, 
kreditlər verilir, güzəştlər edilir. Ölkədə müasir baytarlıq xidməti 
təşkil edilmişdir. Dövlət xaricdən yem idxalını  mərkəzləşdirmişdir. 
Bundan başqa, dövlət öz hesabına cins mal-qara artımını təmin edir. 


 
229 
Qədim zamanlarda qoyunçuluq, atçılıq və  dəvəçilik xüsusi 
əhəmiyyətə malik olmuşdur. Son zamanlarda öz təsərrüfatlarında 
quşçuluq və dəvəquşu yetişdirilməsinə başlanılmışdır. Qırmızı dəniz 
və İran körfəzi balıq və digər dəniz məhsulları ilə boldur. Lakin hələ 
ki, dəniz məhsulları ölkə sakinlərinin qida rasionunda geniş yer 
tutmur. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin