231
Coğrafi mövqeyi. Türkiyə iki qitədə: Avropa və Asiyada
ticarət və hərbi-strateji yollar kəsiyində yerləşir. Türkiyənin Avropa
hissəsi Şərqi
Frakiya və ya Rumeli, Asiya hissəsi isə Anadolu ad-
lanırr. Ərazisinin 3 faizi
( 23,7 min kv.km) Avropa, qalan hissəsi
Asiyadadır.
Avropa və Asiya hissələrini
bir-birindən Bosfor
*
(İstanbul və
ya Boğaziçi) və Dardanel
**
(Çanaqqala) boğazları, Qara dənizi, Ar-
alıq dənizi və Dünya okeanı ilə əlaqələndirən Egey dənizi ayırır.
Türkiyənin coğrafi və geosiyasi mövqeyinin
xüsusiyyəti onun
hələ qədim zamanlardan Avropanın Asiya, Qara və Aralıq dənizi
ölkələri və xalqlarını bir-biri ilə əlaqələndirən yollar qovşağında
yerləşməsidir. Ölkə ərazisindən Avropanı Asiyanın bir sıra ölkələri
ilə birləşdirən beynəlxalq əhəmiyyətli şosse və dəmir yolları keçir.
Türkiyə ərazisi qərbdən-şərqə 1600 km, şimaldan-cənuba 600
km məsafədə uzanır. Quru sərhədlərinin uzunluğu 2753 km-dir.
Türkiyə şimal-qərbdə Bolqarıstan və Yunanıstan, şimal-şərqdə Gür-
cüstan,
Ermənistan, şərqdə İran, cənubda Suriya və İraq ilə
həmsərhəddir. Türkiyə-Azərbaycan sərhədinin uzunluğu 11 km-dir.
Türkiyə üç tərəfdən dənizlərlə – şimaldan Qara, qərbdən Egey,
cənubdan Aralıq dənizləri ilə əhatə olunmuşdur. Dəniz sahillərinin
uzunluğu (Mərmərə dənizi, boğazlar və adaların
sahilləri daxil ol-
maqla) 8333 km-dir. Türkiyə sahilləri boyu ərazi sularının sahəsi 6
dəniz mili təyin edilmişdir.
Qara dəniz boğazları mühüm iqtisadi-ticarət və hərbi-strateji
əhəmiyyətə malikdir. Bu əhəmiyyət Qara dəniz və Dunay sahili
*
Bosforun uzunluğu 30 km, eni 760 – 3500 m, maksimum dərinliyi 120
m-dir. Bosforun cənub hissəsində Avropa materikinə Qızıl Buynuz
körfəzi
(Xalic) yerləşir. Bunun üzərində bir neçə körpü salınmışdır: köhnə (Qalat)
və yeni (Atatürk). 1973-cü ildə Bosfordan uzunluğu 1,5 km, hündürlüyü 64
m olan Üsküdar körpüsü salınmışdır ki, bu körpü İstanbulun Avropa
hissəsini Asiya ilə birləşdirir. İkinci asma körpü ondan kiçikdir və 1988-ci
ildə inşa edilmişdir.
**
Dardanel Egey və Mərmərə dənizlərini birləşdirir. Uzunluğu 60 km,
eni 1375 – 9275 m, maksimum dərinliyi 100 m-dir. Mərmərə dənizinin
Bosfor və Qızılbuynuz körfəzi sahillərində dünyanın
gözəl şəhərlərindən
biri, Türkiyənin isə ən böyük şəhəri – İstanbul yerləşir.
232
dövlətlər üçün daha böyükdür. Çünki bu dövlətlər Aralıq dənizi sahili
və digər ölkələrlə daimi əlaqələr yaratmaqla yanaşı, həm də
təhlükəsizliyin qorunmasında maraqlıdırlar.
Gəmilərin bu boğazlar-
dan keçmə rejimi 1936-cı ilin iyununda İsveçrənin Montre şəhərində
beynəlxalq konfransın qərarına əsasən tənzimlənir.
Dostları ilə paylaş: