235
olduğundan az məhsuldardır və təbii halda əkinçiliyə az yararlıdır.
Yer səthinin 80 faizini örtən bu torpaqlar dağ-çəmən, dağ-meşə, dağ-
çöl torpaqlarına bölünür. Ərazinin 20 faiz düzənlik torpaqlardır.
Qərbi Anadolunun dağətəyi rayonları, Qara və Aralıq dənizinin bəzi
sahillərində boz düzənlik torpaqları yayılmışdır. Qırmızı torpaqlar
Qara dəniz zonasındadır.
Mərkəzi Anadolunun geniş çölləri qoyun və keçilər üçün otlaq
kimi istifadə olunur. Şərqi Anadolunun qara torpaqları olan çöl
əyalətləri əkinçilik üçün əlverişlidir, bura ölkənin taxıl anbarı sayılır.
Lakin əsrlər boyu heyvanlar üçün örüş kimi istifadə olunduğundan
ərazinin bəzi sahələrində torpaq-bitki məhv edilmişdir.
Mülayim isti iqlim və bol yağıntı Qara və Egey dənizi
sahillərində zəngin subtropik bitki örtüyünün yaranmasına səbəb ol-
muşdur. Dağların cənub yamacları enliyarpaqlı sıx meşələrlə (fıstıq,
palıd, vələs, ağcaqayın, çinar) örtülüdür, bu meşələrdə şümşad, zoğal,
fındıq ağacları da yayılmışdır. Dağ ətəklərində bağlar, üzümlüklər,
ondan yuxarıda isə iynəyarpaqlı meşələr, lap üstdə alp çəmənlikləri
yayılmışdır.
Dostları ilə paylaş: