Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Azərbaycan Respublikası ilə münasibətlər



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə177/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   173   174   175   176   177   178   179   180   ...   229
Azərbaycan Respublikası ilə münasibətlər. Azərbaycan və 
Türkiyə Respublikaları arasında münasibətlərin  əhatəli, qarşılıqlı 
əməkdaşlıq və dostluq zəminində olmasına bir sıra amillər təsir 
göstərmişdir. Əvvəla, hər iki ölkənin əhalisi tarixi köklərlə bir-birilə 
sıx bağlıdır. İkincisi, həri iki ölkə arasında əlverişli nəqliyyat sistemi 
mövcuddur. Üçüncüsü, hər iki ölkənin iqtisadiyyatının inkişafına 
səbəb olan təbii ehtiyat potensialının zənginliyi və s. 
Göstərilən bu və digər amillər Türkiyə–Azərbaycan 
münasibətlərinin 1992-ci ildən sonra tamamilə yeni məcrada qurul-
masına imkan yaratmışdır. Hər iki ölkə arasında çoxşaxəli diplo-
matik, iqtisadi, mədəni  əlaqələr mövcuddur. Azərbaycanda 
Türkiyənin iş adamları üçün geniş istehlak bazarı olduğu kimi, 
Türkiyədə  də azərbaycanlı mütəxəssislərin fəaliyyəti üçün şərait 
yaradılmışdır.  
Türkiyə  və Azərbaycan arasında ticarət  əlaqələri ildən-ilə 
genişlənir. Təsadüfi deyildir ki, Azərbaycanın Asiya ölkələri ilə idx-
alatının təqribən 45 faizi, ixracatının isə 38 faizi Türkiyənin payına 
düşür. Türkiyədən respublikamıza elektrotexnika avadanlığı, kimya, 
neft-kimya, yüngül, maşınqayırma və metal emalı sənaye məhsulları, 
meşə materialları  və s. ixrac edilir. Nəqliyyat, energetika sahəsində 
əməkdaşlıq mövcuddur. Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-
Ərzurum qaz kəməri, tarixi «İpək yolu»nun bərpası, Bakı-Sədərək-
Dilucu-İqdır, avtomobil yolları, Bakı-Tiflis-Qars dəmir yolu hər iki 
ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. 
2007-ci il noyabrın 6-8 tarixində Türkiyə Respublikası 
prezidenti Abdullah Gülün Bakıda rəsmi səfərdə olması, bir sıra 
mühüm görüşlərlə yanaşı Azərbaycan-Türkiyə biznes Forumunda 
çıxış etməsi hər iki ölkə arasında münasibətlərin dərin olmasını bir 
daha sübut etdi. 
Bakıda keçirilən Türk Dövlət və  Cəmiyyətlərinin XI dostluq, 
qardaşlıq və  əməkdaşlıq qurultayında (2007-ci il, 17-19 noyabr) isə 
Türkiyə Respublikasının Baş naziri Ərdoğan, sabiq prezident Süley-
man Dəmirəl iştirak etmişlər. 
  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin