239
də hamısı digər sahələrdə işlə təmin olunmur. 1979-cu ildə ölkədə 2,3
mln. işsiz qeydə alınmışsa, 2005-ci ildə bu rəqəm 6 mln.-u ötmüşdür.
Dövlətin işsizliyə qarşı mübarizə siyasətinin ən mühüm
istiqamətlərindən biri əmək ehtiyatlarının xarici dövlətlərə göndə-
rilməsi təşkil edir. XX əsrin 70-ci illərinədək türk vətəndaşları əsasən
Qərbi Avropaya (AFR) göndərilirdi. Lakin Qərbi Avropada iqtisadi
və struktur böhranlarla əlaqədar Türkiyə fəhlə qüvvəsi Yaxın və Orta
Şərqin neft çıxaran ölkələrinə istiqamətləndirilir. 80-ci illərin orta-
larında bu region da immiqrant işçilərin sayını azaldır. Əhalinin 2,5
mln.-dan çoxu xarici ölkələrdə ( AFR, Avropa İttifaqının digər
ölkələri, Yaxın Şərq dövlətləri, Azərbaycan) çalışır.
Ölkə əhalisinin 87 faizi türklərdir. 1923-cü ildəki Lozanna sülh
müqaviləsinə görə Türkiyə qonşu dövlətlərin bir neçəsilə əhalinin
dəyişməsi haqda müqavilə imzalamışdır. Bununla belə, kiçik türk
qrupları hazırda da xarici ölkələrdə yaşayır. Türklər arasında kiçik
etnik qrup – yüryük və təxtaclar vardır ki, bunlar Anadolunun cənub-
şərq və qərbində yayılmışlar.
Ölkədə türklərdən sonra ikinci böyük xalq kürdlərdir
*
(8 mln.
nəfər). Ölkənin şərqindəki on əyalətin əhalisinin əksəriyyəti
kürdlərdir. Digər xalqlardan ərəblər (1 mln. nəfər) cənub-şərq əya-
lətlərində əsasən Xatayda yaşayırlar. Qara dəniz sahilləri və Anado-
luda yaşayan çərkəzlər, lazlar, acarlar türklərlə qaynayıb qarışmışlar.
Türkiyədə islam dininin sunni təriqətinə etiqad edilir.
Türkiyə urbanizasiya səviyyəsinin yüksək olduğu ölkələrdəndir.
Ölkədə şəhər əhalisi 80 il ərzində (1927-2007) artaraq 50 mln nəfərə
çatmışdır. Ölkə əhalisinin 72 faizi şəhərlərdə yaşayır. Əhalisinin sayı
1 mln.-dan artıq olan şəhərləri – İstanbul, İzmir, Ədənə, Ankara,
Bursa, Antalyadır. Urbanizasiya prosesi ölkənin qərb rayonlarında
sürətli getmişdir. Bu proses mərkəzi və şərqi Anadolunun bir sıra
şəhərlərini də əhatə etmişdir. Qədim şəhərlərlə yanaşı yeni sənaye və
inzibati mərkəzlər yaranmışdır. Ölkə əhalisinin 25 faiz əhalinin sayı
500-750 min nəfər olan şəhərlərdə yaşayır.
Dostları ilə paylaş: