249
balıqlardan təsadüfi üzüb gölə gələnlər dərhal ölür və duzun
içərisində daş kimi bərkiyir. Dənizin sahəsi 1050 kv. km
, uzunluğu
76 km, maksimum dərinliyi 356 metrdir.
Ürdünlülər Ölü dənizi müqəddəs sayır və onun haqqında
çoxlu
əfsanələr söyləyirlər. Arxeoloqlar 1955-ci ildə Ölü dənizin
yaxınlığında aşkar etdikləri mağaradan dulusçuluq əşyaları və
məişətdə işlədilən digər əşyalar tapmışlar. 1960-cı ildə dənizdə
tədqiqat aparan arxeoloji ekspedisiyanın mütəxəssisləri 70 metr
dərinlikdə qədim zamanlarda yoxa çıxan iki qədim şəhərin – Sadoma
və Qomorra şəhərlərinin xarabalıqlarını və eni təqribən 4 metr olan
yol aşkar etdilər. Mənbələrdən görüldüyü kimi 3-4 min əvvəl Ölü
dənizin səviyyəsinin ən aşağı düşdüyü vaxtlarda romalılar burada yol
çəkmişlər.
Dənizin suyundakı duz adamların dərisindəki yara-xoranı
sürətlə azaltmaq xassəsinə malikdir. Əfsanəyə görə İbrahim
peyğəmbərin Lut adlı nəvəsini Sadoma və Qomorra dağılarkən
mələklər ölümdən xilas edib, o burada sığınacaq tapıb. Hətta indinin
özündə də aydın və sakit havada ən yüksək
təpədən baxanda dənizin
dibində həmin şəhərlərin xarabalıqlarını görmək olar.
Ürdündə iri su mənbələri, göllər olduqca azdır. Nisbətən iri və
sulu gölü Əl-Əzraqdır. Bu gölün suyu borular vasitəsilə ölkədə içməli
suyun çatışmadığı onlarca yaşayış məntəqəsini təmin etməyə imkan
verir. Bu gölün yerləşdiyi bölgə milli park elan edilmişdir. Bu
bölgədə məskunlaşan fauna və flora aləmi dövlət tərəfindən qorunur.
Ölkə ərazisində isti su mənbələri də mövcuddur.
Zərqameyn qaynar
bulağı bu qəbildəndir. Əfsanəyə görə vaxtilə burada çar Böyük
İrodun hamamı yerləşərmiş. Bu qaynar bulaq eyni zamanda böyük
müalicə ocağıdır. Turistlər bu ekzotik İrod hamamında özlərini buğa
vermək və müalicə olmaq fürsətini əldən vermirlər. Lakin turistləri
qorumaq üçün polislər növbə çəkirlər. Çünki özlərinin ənənələrinə
sadiq qalan bədəvilər əksər hallarda alt paltarında çimirlər.
Buna görə
də paltarını tam soyunub lüt çimən avropalıları daşa basır, təhqir
edirlər.
Dostları ilə paylaş: