Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə190/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   186   187   188   189   190   191   192   193   ...   229
Dövlət quruluşu. Ürdün kosntitusiyalı monarxiya şəklində 
idarə olunur. 1952-ci ildən 1999-cu ilin 7 fevralına qədər dövlətin 
başçısı xalq içərisində, Yaxın  Şərqdə, eləcə  də bütün dünyada öz 
siyasəti ilə böyük hörmət qazanmış  məlik Hüseyn Ben Təllal olub. 
Məhəmməd peyğəmbərin (S) nəslindən (Haşimilər) olan Hüseyn Ben 
Təllalın vəfatından sonra oğlu Abdulla Ben Hüseyn Ben Təllal ölkə 
taxt-tacına sahib olmuşdur. 
Ölkənin ali qanunvericilik hakimiyyəti senat və deputatlar 
palatasından ibarət Milli Məclisdən ibarətdir. Senatın üzvləri məlik 
tərəfindən 4 il müddətinə təyin olunur. Deputatlar palatasının üzvləri 
də 4 il müddətinə amma ümumi seçkilər vasitəsilə seçilir. İcraedicilik 
hakimiyyəti Baş nazirin rəhbərlik etdiyi hökumət tərəfindən yerinə 
yetirilir. İnzibati cəhətcə ölkə 10 mühəfəzə (əyalətə) bölünür. Ürdün 
xalqı hər il 25 may gününü (1946-cı ildən etibarən) müstəqillik günü 
və 14 noyabr gününü (1999-cu ildən etibarən) Məlikin anadan olduğu 
gün kimi milli bayram kimi qeyd edilir. 
1975-ci ildə ölkədə olan bütün siyasi partiya və ictimai 
təşkilatların fəaliyyəti qadağan olunmuşdur. O vaxta qədər isə ölkədə 
Demokratik,  Ərəb Sosialist Dirçəliş, Kommunist və b. partiya və 
təşkilatlar fəaliyyət göstərirdi. 1991-ci ildən sonra partiyaların 
fəaliyyətinə icazə verildi. Hazırda ölkədə 20-ə qədər siyasi partiya və 
təşkilat açıq fəaliyyət göstərir. Ürdün Xalq Birliyinin Demokratik 
Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin