Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Ölkənin qısa tarixi, idarəolunma sistemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə189/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   185   186   187   188   189   190   191   192   ...   229
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi  
və Azərbaycan Respublikası ilə münasibətləri 
 
Ürdün dövlətinin  ərazisi tarixin müxtəlif dövrlərində bu 
regionda yaranan daha güclü imperiya və dövlət birliklərinin 
tərkibinə daxil olmuşdur. Artıq hamıya məlumdur ki, İordan çayının 
qərb sahilləri dünya mədəniyyətinin qədim ocaqlarından biridir. 
Mütəxəssislərin fikrincə, Ürdünün yerləşdiyi  ərazidə çox 
qədimlərdən sami tayfaları yaşamışlar. E.ə. IX-VII minilliklərdə 
burada yaşayan  əhali ovçuluq və ibtidai əkinçiliklə  məşğul olmağa 
başlayır. Arxeoloqların Ölü dənizlə  Əqəbə körfəzi arasındakı  şəhər 
xarabalıqlarında aşkar etdikləri mis mədənləri 7-8 min il əvvəl bu 
yerlərdə güclü dövlətin, böyük şəhərlərin olmasını bir daha təsdiq 
etdi. Tarixdə  məhşur olan Sadoma, Qomorra şəhərləri bu ərazidə 
olublar. Eramızdan  əvvəl birinci minillikdə indiki Ürdün ərazisinin 
bir hissəsi İsrail və Yəhudi padşahlığının tərkibində idi. Sonradan bu 
ərazi VII yüzillikdə  Ərəb xilafətinə qatılana qədər Makedoniyalı 
İsgəndər, Misir və Roma qoşunları tərəfindən zəbt edilir. 
Ürdünün müsəlman tarixi VII əsrin ortalarına təsadüf edir. Bu 
ərəfədə  cənubdan gələn  ərəblər Ürdün ərazisini zəbt edərək burada 
İslam dinini və ərəb dilini yaymağa başlayırlar. Ölkə XVI yüzilliyin 
əvvəllərindən 1918-ci ilədək Osmanlı  İmperiyasının tərkibində 
olmuşdur. Birinci Dünya müharibəsindən sonra San-Remo 
konfransının (1920-ci il) qərarı ilə Böyük Britaniya mandatlığında 
olan Fələstin adlanan ərazinin, 1921-ci ildən sonra isə Transiordaniya 
adlanan əmirliyin tərkibində qalır. 


 
251 
1946-cı ilin 25 mayında müstəqillik əldə edən Transiordaniya 
Ürdün məlikliyi adını  qəbul edir. Həmin vaxtdan 25 may – 
müstəqillik günü kimi qeyd olunur. Əmir Abdulla ölkənin məliki elan 
olunur. 1958-ci ilin payızına qədər Ürdün ərazisində Böyük 
Britaniyanın ölkəyə zorla qəbul etdirdiyi qanunlar qalırdı. 1958-ci 
ilin 2 noyabrında ingilis qoşunları ölkədən çıxarılır. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin