Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Fələstin problemi yeni mərhələdə



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə2/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   229
)
(
M
S
 
 
 
 
©
 «Bakı Universiteti» nəşriyyatı, 2008 


 

Müəlliflərdən 
 
Yaşadığımız keşməkeşli dünyanın çox əlverişli geosiyasi və 
hərbi strateji mövqeyində yerləşən Yaxın və Orta Şərq regionu XX 
əsrin  əvvəllərindən, yəni böyük ehtiyatları olan neft yataqlarının 
kəşfindən sonra beynəlxalq aləmin siyasi və iqtisadi həyatında 
mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. 
Üç qitənin «yol ayrıcında» qərarlaşmış  qədim tarix və 
sivilizasiyaya malik olan bu region həmişə Qərb dövlətlərinin maraq 
dairəsində olmuş və indi də olmaqdadır. Kimi bu dövlətlərin əlverişli 
coğrafi və  hərbi strateji mövqeyinə görə, kimi sərvətlərinin 
bolluğuna, kimi dünyəvi dinlərin (buddizm istisna olmaqla) yarandığı 
məkan olmağına görə, kimi bu regiondan keçən beynəlxalq 
kommunikasiya sistemlərinə görə bu regiondan pay umur. 
Azərbaycan xalqını bu region ilə bağlayan cəhətlər də az deyil. 
Ümumi və oxşar tarixi keçmiş, mənəvi, dini və adət-ənənə yaxınlığı 
hələ  qədimdən azərbaycanlıları bu regionu tədqiq etməyə sövq 
etmişdir. Məşhur səyyah və mütəfəkkirlərimizin region ölkələrinə 
etdiyi səfərlər, gördüklərini və  eşitdiklərini qələmə almaları indi də 
öz əhəmiyyətini itirməmişdir. 
 Regionu tədqiq edən mütəxəssisələrin ümumi fikri belədir ki, o 
dünyanın çox təzadlı bir məkanıdır. Siyasətşünaslar onu hər an 
«partlamaq» təhlükəsi olan «barıt çəlləyi»nə bənzədirlər (bu günlərdə 
bu oxşarlıq özünü qabarıq  şəkildə büruzə verir). İqtisadçılar onu 
«dünyanın neft anbarlarına bənzədirlər», o da qeyd olunmalıdır ki, 
region ölkələri təbii sərvətlərin bolluğuna, sosial-iqtisadi və  mədəni 
infrastrukturuna, siyasi idarəetmə qurluşuna görə bir-birindən çox 
fərqlənir. Burada Bəhreyn, Qətər və Kipr kimi kiçik dövlətlərlə yanaşı 
Səudiyyə Ərəbistanı, Misir, İran və Türkiyə kimi böyük əraziyə malik 
dövlətlər də mövcuddur. Ölkələr dövlət quruluşuna görə bir-birindən 
kəskin fərqlənirlər. Mütləq və konstitusiyalı monarxiyalar, demokratik 
respublikalar ilə yanaşı,  İslam respublikaları, sultanlıq və  əmirliklər 
eyni məkandadırlar. 
 Neft  çıxaran dövlətlərlə yanaşı,  İsrail, Turkiyə  və Kiprdə 
adambaşına düşən milli gəlir inkişaf etmiş ölkələrdə adambaşına 
düşən milli gəlirə yaxınlaşsa da, Əfqanıstan, Yəmən onlarla mü-
qayisədə sox geridədir. Bundan başqa regiondaxili əlaqələr 
konstruktiv  əməkdaşlığa deyil, qarşılıqlı ittihamlara və barışmaz 
 
4
mövqelərə meyillidir. 
Azərbaycan Respublikasında Yaxın və Orta Şərq digər xarici 
regionlarla müqayisədə yaxşı  tədqiq olunmuşdur. Bu sahədə 
dilçilərin,  ədəbiyyatçıların və tarixçilərin rolu danılmazdır. Son 
illərdə region ölkələrinin coğrafi cəhətlərinin öyrənilməsinə də diqqət 
artırılmışdır. Amma indiyə  qədər coğrafi baxımdan regionun bütöv 
şəkildə kitabı  işıq üzü görməyib. Biz bu çətin işi öz üzərimizə 
götürməyi qərara aldıq. Buna səbəb olan amillər isə o idi ki, birimiz 
regionun bir ölkəsi ilə  əlaqədar namizədlik dissertasiyasını yerinə 
yetirmiş, digərimiz uzun illər regionun bir ölkəsində  dərs demişdik. 
Bundan  əlavə  hər ikimiz region ölkələrinin coğrafiyasına dair ilk 
tədris proqramlarının, dərsliklərin və  dərs vəsaitlərinin müəllifləri 
olmuşuq. 
Üç hissədən ibarət olan dərslik xarici ölkələrdə  və ölkəmizdə 
nəşr olunan ən yeni məlumatlar  əsasında yazılmışdır. Birinci hissədə 
region barədə ümumi coğrafi məlumat öz əksini tapmışdır. İkinci hissə 
Yaxın Şərq, üçüncü hissə isə Orta Şərq ölkələrəinə həsr olunmuşdur. 
Kitabın sonunda region dövlətləri barədə  bəzi sosial-iqtisadi 
göstəricilərini əks etdirən xüsusi cədvəllər verilmişdir. 
Müəlliflər Respublika Xarici İşlər Nazirliyinin müşavirləri 
tərəfindən tərtib olunmuş «Neydər  Əliyev və  Şərq» adlı altı cildlik 
kitabından (Bakı, 2003-2005), BMT-nin İnsan  İnkişafının Proqramı 
(PROON), insan potensialının inkişafına dair nəşr etdirdiyi xüsusi 
statistik məlumatlardan, ABŞ-da nəşr olunan «The World Almanac» 
məcmuəsindən,  Ə.Həsənovun «Müasir beynəlxalq münasibətlər və 
Azərbaycanın xarici siyasəti» (Bakı, 2005), eləcə  də müəlliflərin 
regionun ayrı-ayrı dövlətlərinə dair nəşr etdikləri dərslik, 
monoqrafiya və elmi məqalələrindən, internet saytları  və digər 
köməkçi mənbələrdən faydalanmışdır. 
Dövri nəşr olunan jurnallardan «Мировая Економика и Меж-
дународное Отношение», «Эхо планеты», «Азии и Африка сего-
дня», «Dirçəliş-XXI  əsr», regiona və ölkələrə dair verilən 
məlumatlardan istifadə edilmişdir. 
Dərsliyə dair qeyd və təkliflərinizi Bakı Dövlət Universitetinin 
«Xarici ölkələrin siyasi iqtisadi coğrafiyası  və turizm» kafedrasına 
göndərən həmkarlarımıza qabaqcadan təşəkkürümüzü bildiririk. 
  


 


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin