Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə14/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   229
Səth quruluşu və faydalı qazıntıları. Bəhreyn arxipelaqda 
 
34
yeganə adadır ki, geoloji quruluşu qonşu  Ərəbistan yarımadasının 
sahil hissəsinə oxşardır. Arxipelaqın digər adaları isə  mərcan 
mənşəlidir. Bu adalar dayaz laqunlar və sualtı qayalarla əhatə 
olunmuşdur. Adalar arasında hərəkət edən sürətli qayıqların sükançısı 
böyük ustalığa malik olmalıdır ki, vaxtında və  xətasız bu maneələri 
dəf edə bilsin. 
Bəhreyn adasının sahil xətti girintili-çıxıntılı olduğundan bir 
növ dişləri sınmış mişara bənzəyir. Maili qum çimərlikləri tez-tez 
qayalar və qarma-qarışıq  şəkildə üst-üstə  yığılmış daşlarla  əvəz 
olunur. Onun mərkəzi hissəsi hündürlüyü 35 metrə çatan əhəng daşlı 
təpəlikdir. Adanın  ən hündür yeri isə onun şimalındadır (135 m.). 
Digər adaların dəniz səviyyəsindən orta hündürlüyü 15-30 metrdir. 
Bəhreyn adasının  əlverişli sahillərində bir neçə  dəniz limanı 
salınmışdır. Onlardan biri ölkənin paytaxtı Manama yaxınlığında, 
digərləri isə Mühərrək adası ilə ensiz torpaq örtüyü ilə birləşən  ər-
Rümman (Sülmən) və Sitra adalarında yerləşir. Bu limanlara ən 
müasir okean gəmiləri daxil ola bilər. Xatırladaq ki, hələ  qədim 
dövrlərdə  də  əcnəbi yelkənli gəmilər məhz bu yerlərdə lövbər 
salardılar. Rəvayətə görə «Min bir gecə» nağıllarının qəhrəmanı 
məşhur dənizçi Sindbad da Bəhreyn adasında yaşamışdır.  İtaliyalı 
tacir və  səyyah Marko Polo, məşhur  ərəb tədqiqatçısı  və 
coğrafiyaşünası İbn Bəttutə Bəhreyn arxipelaqında olmuşlar. 
Bəhreynin təbii sərvətləri içərisində nisbətən gözə  gəlimlisi 
təbii qaz və neftdir. Ehtiyatı 210 mlrd. kub m. olan təbii qaz yataqları 
həm quruda, həm də körfəzin dibində aşkar edilmişdir. Təbii qaz ilə 
müqayisədə neft ehtiyatı tükənmək üzrədir (ehtiyatı  cəmi 14 mln. 
tondur). Digər faydalı qazıntıların (gips, əhəngdaşı, gil və s.) ehtiyatı 
az olduğundan sənaye  əhəmiyyətinə malik deyillər. Mirvari ehtiyatı 
arxipelaqın şimalında və şərqində 10–12 metr dərinlikdə yerləşir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin