Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə17/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   229
 
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi 
 
Bəhreyn qədim tarixə malik olan ölkədir. Adalar haqqında ilk 
 
36
məlumat eramızdan  əvvəl III minilliyə aiddir. Bu ərazi müxtəlif 
dövrlərdə Dilmun, Sasanilər,  Ərəb xilafəti və  Ğərmətilər dövlətləri 
tərəfindən işğal olunaraq onların tərkibinə daxil edilmişdir.  İlk 
ekspedisiyalarda arxioloqların diqqətini Bəhreyn  ərazisində 
sərdabələr cəlb etmişdir. Bu sərdabələrin tədqiqinə 1879-cu ildə 
başlanılmışdır. Arxioloqların muzeylərə verdikləri tapıntılar 
Bəhreynin qədim tarixini açmağa, bir vaxtlar çiçəklənən  şəhərlərin 
mənzərəsini təsvir etməyə imkan verir. 
Bəlkə buna görə  də  qədim  şumerlər onu «əbədi cənnətə» 
bənzədərək Dilmun adlandırmışlar.  Şumerlərin bizim günlərə  qədər 
qalmış yazılarında, Dilmun, iri ticarət və  mədəniyyət mərkəzi kimi 
xatırlanır. Arxipelaqın əlverişli coğrafi mövqeyi, İran körfəzinin hər 
yerində ticarətə ağalıq etmək istəyənləri həmişə özünə cəlb etmişdir. 
Tarixi tədqiqatlar göstərir ki, şumerlər, finikiyalılar və aşşurlar daim 
bu adalarda görünmüşlər. Finikiyalılar ticarət məntəqəsi kimi 
adalardan daha çox istifadə etmişlər. Buraya Aralıq dənizi 
regionundan bitki yağı, taxıl,  şərab, silah və parça gətirirdilər.  Əks 
istiqamətdə isə Yaxın  Şərq ölkələrinin qiymətli ədviyyatı, dəri, xəz, 
xalça, Çin çörəyi və şəkər qamışı yola salınardı. Bir vaxtlar Bəhreyn 
həm də qızıl ticarəti üzrə tranzit məntəqə rolunu oynayırdı. Sonradan 
qızıl və qiymətli daş-qaş alveri başqa  əmirliklərin  əlinə keçmiş, 
Bəhreyn isə təbii mirvari istehsalçısı kimi dünyada məşhur olmuşdur. 
İslam dininin 638-ci ildə  qəbul edilməsinə baxmayaraq 
Bəhreyndə ilk məscid 740-cı ildə tikilmişdir. Bu məscid tarixi abidə 
kimi indiyə qədər qorunub saxlanılır. 
Özünün çoxəsrlik tarixində Bəhreyn, ya vahid dövlət olmuş, ya 
da kiçik şəhər – dövlətlərə parçalanmışdır. Bəhreyn tarixinin ən 
maraqlı səhifələrinə burada Ğərmətilər dövlətinin yaranması dövrünü 
aid etmək olar. İsmaililər məshəbinə etiqad edən Ğərmətilər özlərini 
İslam dinini yayan və  «ədalət uğrunda çıxış edən» mübariz kimi 
qələmə verərək döyüşkən ordular yaratmışlar.  Ğərmətilər müharibə 
etməklə yanaşı, həm də  kənd təsərrüfatı  və ticarətlə  də  məşğul 
olurdular. Bu dövrdə Bəhreyn çiçəklənirdi. Lakin sonralar Ğərmətilər 
dövləti tənəzzülə  uğramış  və artıq XI əsrdə bir dövlət kimi yoxa 
çıxmışdır. 
1515-ci ildə İran körfəzində peyda olmuş portuqallar Bəhreyn 
üzərində öz bayraqlarını qaldırmışlar. Portuqallar bu regionda çox 
qalmamışlar. Daha təcrübəli müstəmləkəçi dövlət olan İngiltərə 


 
37 
mühüm strateji mövqeyə malik olan İran körfəzinə daxil olmaq və 
qədim  Ərəbistan torpaqlarını  ələ keçirmək üçün müxtəlif bəhanələr 
axtarırdı. Regionda getdikcə artmaqda olan quldurluq və qul alveri bu 
bəhanələrə səbəb oldu. «Quldurluğa və qul alverinə qarşı» şüar irəli 
sürən  İngiltərə müstəmləkəçiləri  İran körfəzi sahillərindəki  ərazilər 
uğrunda mübarizəyə başladılar. 
Ucuz hədiyyələrlə yerli şeyxlərin «könlünü alaraq» və 
«Bəhreynin təhlükəsizliyinin qayğısını  çəkmək barədə» vədlər 
verərək,  İngiltərə  İran körfəzində  gəmilərinin sərbəst hərəkət etmək 
hüququnu qazandı. 
Bəhreyn ilə  İngiltərə arasında ilk müqavilə 1820-ci ildə bağ-
lanmışdır. Bu müqavilə  Bəhreyni  İngiltərədən tam asılı  vəziyyətə 
salmışdır. Sonradan rəsmi London ilə  Bəhreyn arasında ingiltərənin 
xeyrinə bir-birinin ardınca bir neçə müqavilə imzalanır. 1900-cü ildə 
ingilis müstəmləkəçiləri ölkədəki bütün hakimiyyəti öz əllərinə 
keçirirlər. O vaxtdan etibarən bütün sorğu, məlumat kitablarında 
Bəhreyn rəsmi olaraq Böyük Britaniyanın protektoratı kimi qeydə 
alınmışdır. Belə  vəziyyət 1934-cü ilə  qədər davam etmişdir. O 
vaxtlar ölkəni Böyük Britaniyanın İran körfəzi regionundakı rezidenti 
idarə edirdi. 1971-ci ilin axırınadək Böyük Britaniyanın  İran 
körfəzindəki rezidentinin
*
 nümayəndəliyi Manamada yerləşmişdir. 
Beləliklə,  Ərəb  Şərqində özünün müstəmləkəçilik siyasətini həyata 
keçirmək üçün Bəhreyn, Böyük Britaniyanın strateji forpostuna
**
 
çevrilmişdir. 
Arxipelaqda, xüsusilə Mühərrək adasında Böyük Britaniyanın 
hərbi hava, Manama yaxınlığında isə hərbi dəniz bazaları yerləşirdi. 
Bəhreyndə  hərbi bazaların saxlanılması  hər il İngiltərə büdcəsinə 10 
mln. funt sterlinqə başa gəlirdi. Lakin İran körfəzi  əmirliklərində hasil 
edilən neft isə ingilis inhisarçılarına ildə 200 mln. funt sterlink təmiz 
gəlir gətirirdi. O vaxtlar ingilislərin bu regiondan çıxıb getməsi 
ağılasığmaz bir iş kimi görünürdü. Bununla belə 1960-cı illərin 
axırları üçün London rəsmiləri başa düşür ki, Bəhreynə müstəqillik 
verilməsindən heç cür qaçmaq mümkün olmayacaq. Bunu zaman özü 
tələb edirdi. 
                                      
*
 Rezident – diplomatik rütbə. 
**
 Forpost – Ön mövqe, ön istehkam. 
 
38
1971-ci ilin 14 avqustunda Bəhreyn özünü müstəqil dövlət elan 
etdi. Amma «gələcəyi nəzərə alan» peşəkar ingilis siyasətçiləri  İran 
körfəzində baş verən siyasi iqlimin dəyişməsindən faydalanmağa nail 
ola bilmişlər. Onlar Bəhreyn ilə «Dostluq barədə» müqavilə 
imzalamışlar. Bu müqavilədə dövlətlərarası «məsləhətlərin 
keçirilməsi», «ümumi mənfəət», regionda «sabit vəziyyətin 
saxlanılması» və s. məsələlər nəzərdə tutulmuşdur. 
Siyasətçilər yeni müqaviləni İngiltərənin Bəhreyndə öz keçmiş 
mövqeyini saxlamaq təşəbbüsü kimi qiymətləndirmişlər. Həqiqətən 
də uzaqgörən London diplomatiyası regionda apardığı siyasətdə bu 
dəfə də yanılmadı. Bəhreyn indi də Böyük Britaniya (həm də ABŞ) 
ilə sıx siyasi və iqtisadi əlaqələrə malikdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin