47
Birləşmiş Ərəb Əmirliklərinin tərkibinə 7 əmirlik:
Abu-Dabi,
Dubay, Şərca, Əcman, Rəs-əl-Heymə, Umm-əl-Qayveyn və Füceyrə
daxildir. İran körfəzindəki onlarca
böyük və kiçik ada BƏƏ-nin
ərazisinə daxildir. Ölkənin ümumi ərazisi 83,6 min kv. km-dir
*
.
Ərazicə ən böyük əmirlik Abu-Dabi (federasiya ərazisinin 87 faizi),
ən kiçik isə Əcmandır (ərazinin 0,3 faizi).
Əmirliklərin qonşu dövlətlərlə ərazi mübahisələri mövcuddur.
1974-cü ilin avqustunda ərazi və sərhəd məsələləri üzrə BƏƏ və
Səudiyyə Ərəbistanı arasında bağlanan müqaviləyə əsasən Abu-Dabi
əmirliyinin şimal-qərbində yerləşən ərazinin
bir hissəsi Səudiyyə
Ərəbistanına verilmişdir. Eni 50 km-dən 80 km-ə qədər olan bu
«dəhliz» Səudiyyə Ərəbistanın daxili hissəsini İran körfəzi ilə
birləşdirir. Bu «dəhliz» hesabına Səudiyyə Ərəbistanın Qətər yarıma-
dasının şərqindən İran körfəzinə çıxış əldə edə bilmişdir.
Lakin
«dəhliz»-in daxil olduğu məhəlli və şelf suları əvvəllər olduğu kimi
yenə də BƏƏ-nin tam tabeliyindədir.
1999-cu ildə Oman Sultanlığı ilə sərhədlərin dəqiqləşdirilməsi
barədə danışıqlara başlanılmışdır. İran körfəzində yerləşən
Abu Musa
Böyük Tombe– Bozorq adalarının BƏƏ-nə və ya İrana məxsus ol-
ması barədə mübahisələr davam etməkdədir,
baxmayaraq ki, rəsmi
Tehran 2000-ci ildə əlveşli strateji mövqedə yerləşən bu adaların ona
məxsus olması barədə bəyanat vermişdir.
BƏƏ-nin coğrafi və geosiyasi mövqeyinin əlverişliliyi onun
Yaxın Şərq regionu neftinin daşındığı əsas yolların yaxınlığında, İran
və Oman körfəzləri sahilində yerləşməsi ilə müəyyən edilir. Xüsusilə
İran körfəzini Hind okeanı ilə birləşdirən ensiz Hörmüz boğazına
çıxışın iqtisadi və strateji əhəmiyyəti böyükdür. Ölkənin ən iri li-
manları Abu-Dabi, Rəşid,
Cəbəl-Əli, Şərca, Rəs-əl-Heymə, Füceyrə,
İran və Oman körfəzləri sahillərində yerləşir.
Dostları ilə paylaş: