Kənd təsərrüfatının apırıcı sahələri. Bu sahə zəif inkişaf
etdiyindən əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmir. O,
ümummilli məhsulun cəmi 1 faizini verir. Əkinçilik yalnız süni
suvarma şəraitində mövcuddur. Ölkə ərazisinin cəmi 4 faizi kənd
təsərrüfatı üçün yararlıdır. Bu sahənin isə 2/3 hissəsi xurma
plantasiyalarına ayrılmışdır. Kənd təsərrüfatına yararlı olan digər tor-
paq sahələrində sitrus meyvələri, bostan-tərəvəz, az miqdar isə dənli
bitkilər (buğda, arpa, qarğıdalı) becərilir. Bağlarda ərik, armud,
gavalı, manqo, üzüm yetişdirilir. Ölkənin paytaxtının yerləşdiyi sahə
yaşıllığına görə, xüsusilə seçilir. Yollar və küçələr boyunca,
parklarda və həyətyanı sahələrdə xurma, qoz, püstə ağacları
əkilmişdir. Ölkədə hər il 40-45 min ton xurma yığılır.
Otlaq sahələri məhdud olduğundan heyvandarlıq da zəif inkişaf
etmişdir. Ölkədə qaramal, qoyun və keçi saxlanılır. İldə orta hesabla
4-5 min ton ət istehsal edilir.
Bəhreyndə kənd təsərrüfatı və əhalinin ərzaq təminatı prob-
lemləri üzrə məşğul olan xüsusi komissiya işləyir. Komissiya kənd
təsərrüfatı istehsalının müxtəlif, o cümlədən suvarma məsələlərini
öyrənir. Komissiyanın fikrincə əgər «neft dollarları» bir tərəfdən
əhalinin həyat səviyyəsini artırmışsa, digər tərəfdən isə əvvəllər kənd
təsərrüfatı məqsədilə istifadə edilən torpaq sahələrində şəhərlərin və
iri müəssisələrin salınması və genişləndirilməsi, əkin sahələrinin
suvarılması üçün istifadə edilən suyun getdikcə daha çox sənaye və
məişət xidmət sahələrinə verilməsi, kənd təsərrüfatı məhsullarının
azalmasına səbəb olmuşdur.
Ötən əsrin 90-cı illərinin əvvəllərində əhalinin ərzaq
məhsullarına olan tələbatının 90 faizi idxal hesabına ödənilirdir. Ölkə
əhalisinin ərzaq məhsulları ilə təmin edilməsi imkanları üzrə aparılan
tədqiqatların nəticələrindən əldə olur ki, 2005-ci ildə ərzaq
məhsulları istehsalı 50 faiz artmış, faraş tərəvəzə olan tələbat 26 faiz,
süd və süd məhsullarına 30 faiz, yumurta və balığa olan tələbat 100