39
Səudiyyə Ərəbistanı da daxil olmuşdur. Şuranın əsas məqsədi siyasi,
iqtisadi və digər sahələrdə birgə fəaliyyəti tənzimləməkdir.
Əməkdaşlıq Şurası çərçivəsində müxtəlif sahələrə də (sənaye,
maliyyə, sığorta, ticarət, nəqliyyat, rabitə və s.)
inteqrasiya üzrə birgə
komissiyalar yaradılmışdır. Bəhreyn üçün regionla iqtisadi
əməkdaşlıq, ölkənin gələcək sənayeləşdirilməsinə və inkişafına təsir
edə bilən əsas vasitədir. Bəhreynin kiçik daxili bazarı, onun istehsal
etdiyi metallurgiya və neft məhsullarını istehlak
etmək qabiliyyətinə
qadir deyildir. Əməkdaşlıq Şurası çərçivəsində inteqrasiya isə bu
məhsulların satışını asanlaşdıra bilər. Şura tərəfindən qəbul edilən
öhdəçilikdən biri də neft sənayesi ilə bağlıdır. Bu öhdəçiliyə əsasən,
Şuranın üzvü olan hər hansı ölkədə bu və ya digər səbəblər üzündən
neft hasilatı dayandırılarsa,
digər üzvlər ona köməklik
göstərməlidirlər. Bu da tamamilə Bəhreynin xeyrinədir.
Bəhreynin hakim dairələri Şura çərçivəsində vahid
infrastrukturun, ümumi bazarın, hərbi qüvvələrin uzlaşdırılmasının
zəruri olduğunu bildirirlər. Həm də mədəniyyət və təhsil sahəsində
sıx əməkdaşlığın yaradılması nəzərdə tutulur.
Əməkdaşlıq Şurasının digər üzvləri kimi Bəhreyn də işğal
edilmiş bütün Ərəb torpaqlarından İsrail qoşunlarının tam
çıxarılmasını, paytaxtı əl-Qüds (Yerusəlim) olmaqla müstəqil
Fələstin Ərəb dövlətinin yaradılması və Fələstin xalqının
yeganə
qanunu nümayəndəsi Fələstin Azadlıq Təşkilatının hüququnun
saxlanılmasını tələb edir. Əməkdaşlıq Şurasının fəaliyyəti Bəhreynin
xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir edir və Bəhreyn bir qayda
olaraq onun qərarlarına tabe olur.
Son vaxtlar Bəhreyn – ABŞ münasibətləri güclənir. 1949-cu
ildən etibarən Bəhreyn ABŞ-ın İran körfəzi
bölgəsində yerləşdirdiyi
hərbi qüvvələrin labüdlüyünü qəbul edir. Birləşmiş Ştatların 5-ci hərbi
dəniz donanmasının bir qisminin əsas baza kimi Bəhreyndə
yerləşdirilməsinə icazə verilmişdir. İraq – Küveyt müharibəsindən
sonra 1990-cı ilin avqustunda Bəhreyn hökuməti amerkanlıların
adalarda hərbi hava qüvvəllərinin bazalarını yaratmağa icazə verdi.
Manama ilə Vaşinqton arasında birgə müdafiə barədə bağ-
lanmış sazişə əsasən hər ikisi birgə hərbi təlimlər keçirilməklə yanaşı
regionda hərbi-siyasi vəziyyətin gərgin hallarında isə ABŞ-na icazə
verilir ki, buraya əlavə silah və qoşun hissələri gətirsin.
Bəhreyn dövləti ilə Azərbaycan Respublikası arasında dip-
40
lomatik münasibətlər 1996-cı ilin 6 noyabrında yaradılmışdır.
Dövlətin
milli bayramı onun müstəqillik günüdür (16 dekabr 1971).
Dostları ilə paylaş: