35
əmirliklərdən fərqli olaraq Bəhreyndə yay aylarında
gecə və gündüz
temperaturu arasında fərq 4
0
-dən artıq olmur. Yayda havanın
rütubətliliyi yüksək olduğundan adamı taqətdən salan üzücü istilər
olur. Yağışlar əsasən dekabr – may aylarında, İran
körfəzi üzərindən
nisbətən soyuq hava kütlələrinin keçdiyi vaxtlara təsadüf edir.
Yağıntı qısa müddətdə leysan şəklində düşür. Orta hesabla adalara
ildə 100 -110 mm yağıntı düşür.
İl ərzində əsən şimal-qərb küləkləri (ərəblər bunu «şemal»
küləyi adlandırırlar)
hərdən o qədər güclü olur ki, İran körfəzində
kiçik gəmilərin hərəkətinə çətinlik törədir. Bu küləklər Ərəbistan
səhraları üzərindən qumları göyə sovuraraq İran körfəzi tərəfə qovur.
Qonşu ərazilərin, o cümlədən adaların üzərini narın toz dumanı
bürüyür. Toz dumanının arxasında, hətta Günəş də tutqun görünür.
Tozlu isti hava adama şiddətli hərarət gətirir.
Bəhreyn arxipelaqında yerüstü
su mənbəyi olmasa da adalar,
xüsusilə Bəhreyn, Mühərrək, Sitra, Umm–Nəsən qrunt suları ilə
zəngindir. Keçmişdə burada yaşayan əhali quyu qazımaq və
«kuanats» adlandırılan yeraltı kanallar vasitəsilə qrunt sularını
istədikləri yerə gətirib çıxara bilirdilər. Bəhreyn adasında tarixi abidə
kimi qorunan kuanatslar (yeraltı kanal) eramızın
IV yüzilliyinə aid
edilir. Son vaxtlar neft-qaz, metallurgiya
və digər sənaye sahələrinin
inkişafı ilə əlaqədar ölkədə «su qıtlığı» baş verir. Qrunt sularının
ehtiyatı isə azalır.
Dostları ilə paylaş: