33
əvəz edən məlik Xaled proqramın həyata keçirilməsi üçün 1976-cı
ildə sarayda xüsusi komitə yaratmış və beş ildən sonra Bəhreyn əmiri
ilə tikintinin başlanması barədə müqavilə imzalamışdır. Layihə
Səudiyyə Ərəbistanı – Danimarka müştərək şirkəti tərəfindən
hazırlanmış və tikintisi Hollandiya şirkəti
tərəfindən həyata keçirilən
bu nəhəng və nadir mühəndis qurğusunun başa çatması isə Səudiyyə
Ərəbistanı məliki Fəhdin adı ilə bağlıdır. Ona görə də Səudiyyə
Ərəbistanını Bəhreyn ilə birləşdirən bu magistralı bəzən «Məlik Fəhd
yolu»da adlandırırlar.
Yolun tən ortasında süni ada salınmışdır. Burada hər iki
dövlətin gömrükxanaları və sərhəd xidmətçilərinin məntəqələri, digər
inzibati binalar, məscidlər, restoranlar yerləşir.
Sürətli liftlər
arzusunda olan hər kəsi, 65 metr hündürlüyü olan süni yaradılmış
təpəyə qaldırır. Oradan həm Səudiyyə Ərəbistanının, həm də
Bəhreynin yaraşıqlı sahillərini seyr etmək olar.
Körpü hər iki dövlət tərəfindən istifadə edilir. Hündürlüyü
dəniz səviyyəsindən 5 metrdən 15 metrə qədər olan körpüdən hər ay
orta hesabla 10 minlərlə avtomobil keçir.
Avtomobillərin hər iki
istiqamətə hərəkəti üçün iki yol ayrılmışdır. Yüngül avtomobillər
üçün keçid haqqı 6, avtobuslar üçün 15 ABŞ dollardır. Yük
avtomobillərinin sahibləri isə daşınan 1 ton yükə 1 dollar gömrük
haqqı verməlidir. Yeri gəlmişkən deyək ki, daşınan yüklərin həcmi
45 tondan artıq olmamalıdır.
Beləliklə, ərəb dövlətləri arasında
yeganə ada dövləti olan Bəhreyn süni yolla materikə birləşdirilmiş və
yarımadaya çevrilmişdir.
Bəhreyn ilə Qətər əmirliyi arasında (bu iki dövləti eni 33,5 km
olan körfəz ayırır) uzun müddətdir ki, ərazi və sərhəd münaqişələri
davam edir. Havar və onun yaxınlığındakı bir qrup adalar, həm də
məhəlli suların bölünməsi məsələsi bu dövlətlərin münaqişəsinə
səbəb olmuşdur.
Məsələ ondadır ki, Böyük Britaniya hökuməti bu regiona
nəzarət etdiyi vaxtlarda Bəhreynə nisbətən Qətərə daha yaxın
yerləşmiş Havar adasını rəsmi London ilə daha yaxşı münasibətləri
olan Bəhreynə vermək barədə qərar çıxarır. 1994-cü ilin noyabrında
Havar adasını qaytarmaq məqsədilə Qətər
hökuməti Beynəlxalq
Məhkəməyə müraciət edir. Lakin bu məsələ indiyə qədər həll
olunmadığından dövlətlər arasında gərginlik yaradır.
Dostları ilə paylaş: