29
gün ərzində 50 gəmi keçə bilir. Dənizlər arasındakı səviyyə fərqi az
(23 sm) olduğundan kanal şlüzsüzdür. Kanalla şimala və əks
istiqamətə gedən gəmilər Böyük Acı göldə ayrılır.
XX yüzilliyin əvvəllərində kanaldan 4 min gəmi (daşınan
yüklərin miqdarı 20-30 mln. ton) keçibsə, 60-cı illərin ortalarında 20
min gəmi 250 mln. ton yük daşımışdır. Bu onu sübut edir ki, Süveyş
kanalı Avropa və Asiya ölkələrini əlaqələndirən başlıca dəniz
yoludur
*
. Kanaldan daşınan yük əsasən nefdir. Ona görə də cənubdan
daşınan yüklərin miqdarı əks istiqamətə daşınan yüklərdən 4 dəfə
artıqdır.
1956-57-ci illərdə Fransa və Böyük Britaniyaya məxsus Sü-
veyş kanalı şirkəti milliləşdirildikdən sonra
bu ölkələrin təcavüzü və
1967-75-ci illərdə Ərəb-İsrail müharibəsi nəticəsində kanalın
bağlanması sayəsində kanalla daşınmalardan gələn gəlir 2 dəfə azalır.
1975-ci il iyunun 5-də kanal yenidən açıldıqdan sonra gəmi və yük
dövriyyəsi sürətlə artır, ötən əsrin 90-cı illərində kanaldan 20 min
gəmi 350 mln. ton yük daşımışdır. 1990-91-ci ildəki İraq-Küveyt və
2003-cü ildəki ABŞ-İraq münaqişəsi kanaldan daşınan yüklərin
azalmasına təsir göstərdi. BMT tərəfindən İraq və Küveyt neftinin
daşınmasına embarqo qoyulması dünya bazarına 300 mln. ton neftin
daşınmasına mane oldu. Bu neftin çox hissəsi Süveyş kanalından
daşınırdı.
Kanalın yenidən rekonstruksiyası (enliləşdirilməsi və
dərinliyinin 20 metrə çatdırılması) hazırda daha iri gəmilərin
hərəkətinə imkan yaratmışdır.
Buna baxmayaraq, Yaxın Şərq neftini
daşıyan super-tankerlərin çoxu Afrika ətrafından keçir. XXI
yüzilliyin əvvəlləri üçün dünya dəniz nəqliyyatı ilə daşınan yüklərin
14 faizi (440 mln. ton) Süveyş kanalının payına düşür.
Qara, Mərmərə, Qırmızı dəniz və İran körfəzinə çıxacaqda
növbətçi, (keşikçi) olan Bosfor (İstanbul), Dardanel (Çanaqqala),
Bab-əl-Məndəb və Hörmüz boğazlarının da iqtisadi və strateji
əhəmiyyəti böyükdür. Beynəlxalq dəniz yollarına İstanbul (Türkiyə),
İsgəndəriyyə (Misir), Beyrut (Livan) kimi portlar xidmət edir. Yaxın
*
London – Bombey arasında dəniz yolu Afrika sahilindən keçməklə
10721
dəniz milidirsə, kanaldan keçməklə 6260 dəniz mili Liverpul –
Lokaqama arasında isə 14436 dəniz mili təşkil edir.
30
və Orta Şərqdə neft çıxarılan ölkələrdə neft ixracı üzrə ixtisaslaşmış
portlar vardır. Məsələn, Səudiyyə Ərəbistanında Ras-Tənnurə,
Küveytdə Mina-əl-Əhmədi, İranda Hərq, İraqda Fao, Um-Qəsr və b.
Neft ixracı çox olan dövlətlərdə bu portların yük dövriyyəsi dünyanın
ən iri portu olan Rotterdamdan (Niderland) çox olur.
Yaxın və Orta Şərq regionunda nefti Aralıq dənizinin şərq
sahillərinə nəql edən kəmərlər də çəkilmişdir.
Yaxın və Orta Şərqdə dini turizm və neft dolları ilə sıx bağlı
olan xarici turizm sürətlə inkişaf edir. Dini turizm sahəsində
müqəddəs ziyarətgahların yerləşdiyi Səudiyyə Ərəbistanı, İran, İraq
xüsusilə seçilir. Xarici turizm sahəsində Bəhreyn, Ürdün, İsrail, BƏƏ
daha irəli getmişlər. Neft ehtiyatının az olması hökuməti onun
çıxarılmasını dondurmaq və çox kapital tələb etməyən inkişaf yolları
axtarmağa sövq edir. Neft dolları fontanı zonasında əlverişli coğrafi
mövqeyi olduğundan Bəhreyn ərazisində bir
çox bank və şirkətlər
yerləşdirmişdir. Buna ölkənin həm ada və həmçinin saat qurşağında
mövqeyi – London və Sinqapur birjaları arasında yolun təxminən
yarısında yerləşməsi də təsir edir.
Bəhreynin Yaxın və Orta Şərqdə mühüm maliyyə mərkəzinə
çevrilməsinin digər səbəbi də əvvəllər region dövlətləri ilə dünya
ölkələri arasında maliyyə vasitəçiliyi funksiyasını həyata keçirən
Livanın İsrail tərəfindən təcavüzə məruz qalması olmuşdur. Səudiyyə
Ərəbistanı bir sıra maliyyə əməliyyatlarını Bəhreyn vasitəsilə həyata
keçirir. Bu əməliyyatları Səudiyyə Ərəbistanı özü-nün mühafizəkar
qanunvericiliyi ucbatından Səudiyyə Ərəbistanı öz ərazisində həyata
keçirə bilmir. Ona görə də Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasında
xüsusi münasibətlər formalaşmışdır. Bunu İran
körfəzində bənd
tikilməsi və onun üzərində şosse yolunun çəkilməsi ilə adanın
Ərəbistan yarımadasının bir hissəsinə çevrilməsi bir daha sübut edə
bilər.
Neft ixrac edən daha varlı Əmirliklər Qərb iqtisadiyyatına
kapital qoymağa müvəffəq olmuşlar. Kapitalı faizlə qoymaqla onlar
məqsədyönlü yatırıma keçmiş (transmilli korporasiya və iri
beynəlxalq maliyyə təşkilatları strukturunda), qiymətli səhmlər əldə
etmişlər. Bunlar isə yuxarı təbəqlərin idarəetmə və mühüm
məsələlərin həllində şəxsi iştirakına imkan verir. Səudiyyə Ərə-
bistanının xarici kapital qoyuluşunun həcmi yüzlərlə mlrd. dollarla
hesab olunur. Bunun xeyli hissəsi ABŞ-a yönəldilir.
31
Küveyt Qərb ölkələrində fəaliyyət göstərən onlarla şirkətin
müştərək sahibkarıdır. Bunlara «Britiş Petroleum», «Ceneral
Motors», «İBM», «Ceneral Elektrik», «Kodak», «Lurci», «Xexct»,
«Total», «Xitaçi», «Mitsubisi» və «Soni» misal ola bilər.
Küveyt öz
ərazisindəki neftemalı zavodlarından başqa Danimarka, Niderland,
İtaliyada bir neçə emal zavodunun sahibidir. Danimarka, İsveç,
Böyük Britaniya, İtaliya və Norveçdə onlarla yanacaq doldurma
stansiyası ona məxsusdur. Özünün 25 tankeri olan donanması
çıxarılan neftin xeyli hissəsini satmaq üçün şəbəkə yaratmışdır.
Küveytin xarici kapital qoyuluşunun həcmi 100 mlrd. dollardan
artıqdır. Xarici kapital qoyuluşundan gələn
gəlir valyuta gəlirinin
mühüm mənbəyinə çevrilmişdir.
Göstərilənlər bir daha sübut edir ki, Yaxın və Orta Şərq siyasi,
iqtisadi və sosial təzadları olan regiondur. İqtisadi geriliyi aradan
qaldırmaq, sərvətlərin tam milliləşdirilməsi, dövlət müstəqilliyinin
qorunmasında region xalqalarının ümumi marağı vardır.
32
Dostları ilə paylaş: