Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə8/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   229
Fələstin problemi yeni mərhələdə. Yaxın  Şərqdə  Fələstin 
Mandatlığı ərazisində Ərəb və Yəhudi dövlətinin yaradılması BMT-
nin Baş  Məclisinin 1947-ci il 29 noyabr tarixli qərarı ilə 
qanuniləşdirilir.1948-ci il mayın 15-də  Fələstin torpağının bir 
hissəsində İsrail dövləti yaranır. 
Fələstin ərəbləri BMT Baş Məclisinin bu qərarını qəbul etmir. 
Fələstin xalqı azadlığı  uğrunda 50 ildən artıq müddətdə  İsrail 
təcavüzünə qarşı siyasi və silahlı mübarizə aparır. Nəhayət, 1988-ci il 
noyabrın 15-də  Əlcəzair  şəhərində  Fələstin Milli Şurasının 19-cu 
sessiyasında qəbul edilmiş siyasi bəyannamədə  Fələstin dövlətinin 
yaradılması elan edilir. O cümlədən, Qüdsün (Yerusəlimin)  şərq 
hissəsi daxil olmaqla 1967-ci ildə  işğal olunmuş bütün fələstin və 
ərəb torpaqlarını  İsrailin tərk etməsi, o müddətdə  İsrail tərəfindən 
salınmış yaşayış  məskənlərinin dağıdılması  tələbi irəli sürülür. 
Beləliklə, fələstinliləriin yaratmağa çalışdıqları dövlətin coğrafi 
sərhədləri  İordan çayının Qərb sahili (sahəsi 5879 kv.km), Qəzza 
bölməsi (sahəsi 378 kv.km), həmçinin paytaxt – Şərqi Qüdsü əhatə 
edir. Həmin vaxt bu ərazilərdə 2,8 milyon fələstinli  ərəb (İordan 
çayının Qərb sahilində – 1,5 mln.-dan artıq, Qəzza bölməsində – 1 


 
13 
mln.,  Şərqi Qüdsdə – 240 min nəfər) və 100 min İsrail mühaciri 
yaşayırdı. 
1991-ci ildə  Fələstin Azadlıq Təşkilatının (FAT) rəhbərliyi 
Yaxın  Şərq problemi üzrə Madriddə keçirilmiş konfransda Qərb 
sahildə  və  Qəzza bölməsində  fələstinlilərin yaşamasına icazə 
verildiyini bəyan edir. 
1993-cü ilin sentyabrında Vaşinqtonda Yaxın  Şərq sülh 
prosesləri çərçivəsi daxilində  İsrail dövləti və  Fələstin Azadlıq 
Təşkilatı arasında  İordan çayının Qərb sahili və  Qəzza bölməsində 
keçid dövrü müddətində  Fələstin üçün müvəqqəti özünüidarəni 
nəzərdə tutan bəyannamə imzalanır. Keçid dövrünün 1999-cu ildə 
başa çatdırılması  və bu müddət  ərzində danışıqlar yolu ilə  Fələstin 
ərazisinə tam siyasi status verilməsi göstərilirdi. 1994-cü il may 
Bəyannaməsinə müvafiq olaraq fələstinlilərin Qəzza bölməsi və 
İerixon rayonunda özünüidarə hüququ, 1995-ci ilin sentyabrında 
İordan çayının Qərb sahilində fələstinlilərin muxtariyyat hüquqlarının 
genişləndirilməsi və  fələstin torpaqlarında demokratik seçkilər 
aparılması haqda müqavilə imzalanır. 
1996-cı il yanvarın 20-də aparılmış seçkilərdə 88 nəfərdən 
ibarət Fələstin qanunverici şurası (Fələstin Muxtariyyat Şurası) 
seçilir. Bu orqan Fələstinin nəzarəti altında olan rayonlarda müəyyən 
qanunvericilik səlahiyyətlərinə malik idi. Fələstin milli 
muxtariyyətinin başçısı vəzifəsinə Y.Ərəfat seçilir. 
1998-ci il noyabr ayında Uay-Planteyşndə (ABŞ)  İsrail-
Fələstin danışıqları baş verir. İsrail tərəfdən  İordan çayının Qərb 
sahilində 764 kv. km ərazidən (ərazinin 13 faizi) 3 ay müddətində üç 
mərhələdə qoşunların çıxarılması  vəd edilir. Əvəzində Y.Ərəfat 
burada yaşayan yəhudilərin təhlükəsizliyini təmin etməyi vəd edir. 
Fələstin ərazisinə tam status verilənədək danışıqlara mane ola biləcək 
halları qaydaya salmaq nəzərdə tutulur. İsrailin nəzarəti altında olan 
ərəb torpaqlarında tikinti işlərinin saxlanılması, Fələstin Milli Şurası 
tərəfindən isə  İsrailə qarşı  qərarların ləğv edilməsi nəzərdə tutulur. 
Təəssüflə qeyd etməliyik ki, müqavilənin həyata keçirilməsi  İsrail 
tərəfindən  əlavə  tələblərin irəli sürülməsi ilə bağlı  çətinliklərlə 
üzləşir. 
2007-ci ilin noyabr ayının sonlarına yaxın ABŞ prezidenti 
C.Buşun təşəbbüsü ilə Birləşmiş Ştatların Anapolis şəhərində İsrail – 
Fələstin münaqişəsinin çözülməsinə dair Beynəlxaq sülh konfransı 
 
14
çağrılır. 40-dan artıq dövlətin iştirak etdiyi bu konfransda İsrail ilə 
Fələstin arasında 60 illik münaqişənin aradan qaldırılması yolları 
geniş müzakirə olunmuş  və belə  qərara alınmışdır ki, münaqişənin 
çözülməsinə dair İsrail və  Fələstin rəhbərliyi mövqeləri arasında 
yaxınlaşma meylləri var. 
Konfransın qərarına  əsasən  İsrail dövlətinin rəhbərliyi ilə 
Fələstin muxtariyyətinin rəhbərliyi arasında bu problemin həlli üçün 
2008-ci ilin sonlarına qədər danışıqlar aparılmalıdır ki, problem hər iki 
dövlətin mənafelərinə uyğun olaraq tam həll olunsun. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin