43
alüminium zavodu Avstraliyadan idxal olunan boksit əsasında işləyir.
Ötən əsrin 90-cı illərinin birinci yarısından ilkin alüminium istehsalı
üzrə ALVA şirkətinə məxsus yeganə zavodun genişləndirilməsi
həyata keçirilir. Zavodun istehsal gücü 210 min tondan (1992) 460
min tona qədər (2003) artırılmışdır. Layihənin həyata keçirilməsi 1,4
mlrd. dollara başa gəlmişdir. ALVA dövlət şirkəti
zavodun istehsal
gücünün artırılması üçün lazım olan vəsaitin bir hissəsini
Almaniyadan (12 il müddətinə 290 mln. dollar borc) və Bəhreynin
bütün iqtisadi inkişaf planlarının plana keçirilməsində ona
əhəmiyyətli maliyyə köməkliyi göstərən Səudiyyə Ərəbistanından
almışdır. İran körfəzi regionunda baş vermiş müharibələr ilə əlaqədar
bəzi layihələrin vaxtında yerinə yetirilməsi mümkün olmamışdır.
Bəhreyndə sənayenin nisbətən
inkişaf etmiş digər sahəsi
gəmiqayırma və gəmi təmiridir. OPEK üzvü olan Ərəb dövlətlərinin
iştirakı ilə Bəhreyndə gəmiqayırma tərsanəsi və gəmi təmiri
müəssisəsi tikilmişdir. Ölkədə fəaliyyət göstərən neft-kimya
kompleksi Səudiyyə Ərəbistanı və Küveyt kapitalının köməyi ilə
yaradılmışdır. Bəhreyndə qazma avadanlığı, boru, maye oksigen
istehsal
edən müəssisələr, dəniz suyunu təmizləyən qurğular və bir
neçə istilik elektrik stansiyaları vardır.
Bəhreyndə kustar sənətkarlığın tarixi qədimdir. Ölkədə
yaşayan əhali çoxdan bəridir ki, dənizdən mirvari çıxarmaq vərdişinə
yiyələnmişdir. Bəhreynin qara mirvarisi, yaxud yerlilərin «balıq
gözü» adlandırdıqları mirvari barədə əfsanələr vardır.
Bu qiymətli
mirvarinin qədrini bilən ingilis müstəmləkəçiləri uzun illər ölkənin
bu sərvəti üzərində ağalıq etmişlər. Neft və təbii qaz ehtiyatlarının
kəşfinə qədər mirvari ovu və onun ixracatı ölkə əhalisinin əsas gəlir
mənbəyi olmuşdur. Təsərrüfatın bu sahəsi ötən əsrin 30-cu illərində
ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Sonradan yaponların dünya
bazarına süni mirvari çıxarması Bəhreyndə mirvari vətəgələrinin
azalmasına və bu sahənin tənəzzülünə səbəb olmuşdur.
Lakin buna
baxmayaraq bəhreynlilər bu qədim peşələrini unutmamışlar.
Dənizdən yenə də mirvari, süngər çıxarılır, balıq ovlanır. Neft
sənayesinin inkişafı, həm də son illərdə regionda baş vermiş
müharibələrin ağır ekoloji nəticələri ilə əlaqədar İran körfəzinin
çirklənməsi balıqçılıq təsərrüfatına böyük ziyan vurmuşdur.
Bəhreyn hökuməti ölkənin əlverişli coğrafi mövqeyindən və
formalaşan siyasi-iqtisadi imkanlarından (inkişaf
etmiş nəqliyyat
44
infrastrukturu, rabitə və b.) istifadə etməklə Yaxın və Orta Şərq
regionunda başlıca işgüzar və maliyyə mərkəzinə çevrilmək barədə
müəyyən tədbirlər həyata keçirir. Ölkədə beynəlxalq yarmarka üçün
iri sərgi kompleksi müvəffəqiyyətlə işləyir. 2005-ci ildə Bəhreynə 2,5
mln. nəfər xarici turist və işgüzar adamlar gəlmişdir. Onların
tələbatlarını ödəmək üçün mehmanxana,
restoran və başqa xidmət
sahələri genişləndirilir.
Dostları ilə paylaş: