53
İkinci dünya müharibəsi zamanı əmirliklərin bir sıra hərbi
obyektlərində ingilis nizamlı silahlı qüvvələrinin yerləşdirilməsi, həm
də ABŞ qoşunlarının Bəhreynə çıxarılması həyata keçirilir.
1968-ci ilin 18 fevralında Abu-Dabi
hakimi Şeyx Zahid ilə
Dubay hakimi şeyx Rəşidin görüşü, Birləşmiş Ərəb Əmirlikləri
dövlətinin yaradılmasında ilk addım oldu. İki əmirliyin federasi-
yasının yaradılması barədə razılığa gələn şeyxlər regionun gələcək
tarixinin müdafiəsi işində birgə fəaliyyətin işlənib hazırlanması üçün
Müqaviləli Omanın digər əmirliklərinin və həmçinin Bəhreyn və
Qətərin də bu işə cəlb edilməsini məsləhət bildilər.
Abu-Dabi və Dubay hakimlərinin
görüşündən bir həftə sonra
Müqaviləli Omanın 7 əmirliyinin, Qətər və Bəhreyn hakimlərinin
müşavirəsi keçirildi. iştirakçılar Ərəb Ölkələri Federasiyasının (ƏÖF)
yaradılması barədə müqavilə imzaladılar. İran körfəzinin
mühafizəkar üsul-idarəsi tərəfindən ƏÖF-in yaradılması müsbət
qiymətləndirilirdi. Federasiyanın monarxiya xarakteri daşıması isə
bir sıra ictimai təşkilatların etirazına səbəb oldu.
1971-ci ildə Bəhreyn və Qətər özlərini müstəqil dövlət elan
etdilər. 1971-ci ilin dekabr ayının 2-də 7 əmirliyin hakimlərinin
Dubayda keçirilən qapalı müşavirəsində Birləşmiş Ərəb Əmirlikləri
(BƏƏ) yeni federativ dövlətin yaranması elan olundu. Əslində yeni
dövlət 6 əmirlikdən ibarət idi. Çünki, Rəs-əl-Heymə əmirliyi
federasiyanın tərkibinə 1972-ci ilin fevralın 10-da daxil oldu.
Əmirliklərə siyasi müstəqillik verən
Böyük Britaniya BƏƏ-də
güclü mövqeyini saxlamışdır. İngilislər hüquq sistemində, dövlət
aparatı və orduda müşavir və mütəxəssis kimi qalmışlar. Böyük
Britaniya əvvəllər olduğu kimi Şərca əmirliyində yerləşən hərbi
bazalardan
istifadə edir, dövlətinin silahlı qüvvəllərinə hərbi texnika,
silah göndərən başlıca ölkədir. İngilis şirkətləri ilə BƏƏ arasında
iqtisadi əlaqələr getdikcə daha da artır. Federasiyanın idxalatının,
infrastruktur sahələrinin yaradılması üzrə sifarişlərin böyük hissəsi
Böyük Britaniya tərəfindən təmin olunur.
Dostları ilə paylaş: