Azərbaycan Respublikası ilə münasibətlər. BƏƏ İran
körfəzi sahil dövlətlərinin əməkdaşlıq şurasının digər ölkələri ilə
birlikdə respublikamızın dövlət müstəqilliyini rəsmi olaraq ilk tanı-
yan dövlətlərdən biridir. Respublikamız ilə BƏƏ arasında əlaqələr
tədricən inkişaf etməkdədir. 1991-ci ildə Abu-Dabidə Azərbaycan
mədəniyyəti sərgisi, 2005-ci ildə isə turizm sərgisi təşkil edilmişdi.
BƏƏ-nin televiziya qrupu respublikamıza gəlmiş, Azərbaycan barədə
film çəkmiş və həmin filmi İran körfəzinin bütün ölkələrində bir neçə
dəfə nümaiş etdirmişdir. Bununla yanaşı BƏƏ-nin prezident saray-
ında və Qırmızı Aypara Cəmiyyətində Qarabağda baş verən
hadisələri, qaçqınların vəziyyətini, erməni terrorçularının törətdikləri
cinayətləri əks etdirən foto sərgilər təşkil edilmişdir.
Azərbaycanda baş verən hadisələri düzgün və olduğu kimi
dünya ölkələrinə çatdırmaq məqsədilə respublikamıza ərəb, o
cümlədən BƏƏ müxbirləri tez-tez gəlirlər. BƏƏ-nin Qırmızı Aypara
Cəmiyyəti respublikamızda erməni faşistlərinin törətdikləri
cinayətlərdən əziyyət çəkən uşaqlara, qaçqınlara və döyüş mey-
danlarında yaralanan əsgərlərə ərzaq, geyim və zəruri dava-dərmanlar
göndərir. BƏƏ-də Azərbaycan Respublikasına humanitar yardımın
uzunmüddətli proqramı hazırlanmışdır.
BƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrin mühüm
formalarından biri də xarici ticarətdir. Respublikamızın Asiya
ölkələri ilə ticarət əlaqələrində idxalatın 6-7, ixracatın isə 3-4 faizi
BƏƏ-nin payına düşür (2005). Azərbaycana BƏƏ-dən kimya və
neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı,
yüngül və yeyinti sənaye məhsulları gətirilir. Respublikamızdan
BƏƏ-nə isə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi
və metallurgiya məhsulları ixrac edilir.