Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə39/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   35   36   37   38   39   40   41   42   ...   229
 FƏLƏSTİN MUXTARİYYƏTİ 
 
Coğrafi mövqe.  Fələstin Aralıq dənizi hövzəsinin  şərqində 
yerləşir. Sahəsi iki ayrıca hissədən ibarətdir: Urdun çayının Qərb sa-
hili (ərazisi 5,9 min kv.km). Qəzza sektoru [sahəsi 0,4 min kv.km] və 
Şərqi Qüds. Qərb sahili adlanan ərazidə Yerixon, Nablus, Ramallah 
və Xevron şəhərləri yerləşir. Bu hissə üç tərəfdən: şimalda, qərbdə və 
cənubda İsraillə həmsərhəddir (sərhədin uzunluğu - 307 km), şərqdə 
isə Urdun ilə qonşuluqdadır. (sərhədin uzunluğu 97 km). 
Qəzza sektoru qərb tərəfdən Aralıq dənizi sularına qovuşur. 
(sahil zolağının uzunluğu – 40 km), cənubdan Misirlə həmsərhəddir. 
(sərhədin uzunluğu – 11 km), şərqdə isə  İsraillə qonşuluqdadır. 
(sərhədin uzunluğu 51 km). 
Əhali. 2005-ci ilin ortalarına olan məlumatlara görə  Qərb sa-
hili ərazisində 2,5 mln nəfər yerli əhali yaşayırdı. Bundan əlavə Qərb 
sahildə  təqribən 200 min, Şərqi Qütsdə isə 190 minə yaxın israilli 
məskunlaşmışdır. Qəzza sektorunda 2005-ci ildə 1,4 mln. nəfər yerli 
sakin və 5 mindən çox İsrail vətəndaşları  məskunlaşmışdır. 2005-ci 
ilin avqust ayından  İsrail hökuməti Qəzza zolağına köçürülənləri 


 
69 
evakuasiya etməyə  və  qərb sahildən bir neçə  yəhudi məskənlərini 
boşaltmağa başladı. 
Fələstin Muxtariyyətində yaşayan fələstinli  ərəblərin sayı 
təqribən 4,0 mln nəfərə yaxındır. Rəsmi dil – ərəb dilidir. İslam dini 
üstünlük təşkil edir. (sünni və  şiyələrin sayı  təxminən bərabərdir). 
Bundan başqa 400 min nəfərə yaxın fələstin ərəbi qaçqın kimi başqa 
ölkələrdə (Ürdün, Suriya, Livan, Misir, Səudiyyə Ərəbistanı, Küveyt 
və s.) yaşayır. Ötən əsrin 90-cı illərində əhalinin artım tempi 4,0 faizə 
yaxın olmuşdur. Sonrakı illərdə bu 3,0 faizə qədər enmişdir. Fələstin 
ərəblərinin təhsil səviyyəsi xeyli yüksəkdir. Ali təhsilli şəxslərin payı 
çoxluq təşkil edir. 
Hər iki hissədə  əhalinin  əsas hissəsi fələstin  ərəbləridir. 
Yəhudilər Qərb sahildə  əhalinin 17 və  Qəzza sektorunda təqribən 1 
faizini təşkil edirlər. Qərb sahilində  məskunlaşan  əhalinin 8 faizi, 
Qəzzada isə  təqribən 1 faizi xristianlardır.  Əhali  ərəb və ivrit 
dillərində danışır, ingilis dili də geniş yayılmışdır. 
İsraillə  Fələstin Azadlıq Təşkilatı (FAT) arasında bağlanmış 
(1993-98-ci illərdə) bir sıra sazişlərə müvafiq olaraq Fələstin 
ərəblərinə müvəqqəti özünüidarə statusu verilmişdir, əslində statusun 
son taleyi İsrail və  Fələstin tərəfləri arasındakı birbaşa danışıqlar 
nəticəsində formalaşmalıdır. 
 1994-cü  ildən qüvvədə olan muxtariyyət rejimi çərçivəsində 
Fələstin hakimiyyət orqanları formalaşmışdır. Onlara Qərb sahildə və 
Qəzza sektorunda idarəetmə funksiyaları  tədricən verilir. 2002-ci 
ildən Fələstində faktiki olaraq Prezident Respublikası rejimi fəaliyyət 
göstərir. 
Fələstin Muxtariyyətinin rəhbəri  əhali tərəfindən birbaşa 
seçkilərdə müəyyənləşdirilən Prezidentdir. O, həm də Muxtariyyətin 
silahlı qüvvələrinin baş komandanıdır. 1994-2004-cü illərdə bu 
vəzifəni Yasir Arafat tutmuş, 2005- ci ilin yanvarında isə Mahmud 
Abbas prezident seçilmişdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin