71
Fələstin Muxtariyyəti hakimiyyətində korrupsiya hallarının baş
alıb getməsi və idarəetmənin qeyri-səmərəliliyi daxildən də
tənqidlərə məruz qalmışdır. Bu vəziyyət,
iqtisadi çətinliklər və
İsraillə qarşıdurmanın zirvəyə çatması sayəsində Həmas təşkilatından
olan islam ekstremistlərinin mövqeləri möhkəmlənmişdir. 2005-ci
ilin yanvarındakı prezident seçkilərində (Yasir Arafatın vəfatından
sonra) FƏTH namizədi olan Mahmud Abbas tutarlı qələbə qazandı.
Az sonra fələstin muxtariyyətinin yeni hökuməti formalaşdı. Yeni
prezident İsrail tərəfi ilə zorakılığa son qoyulmasına dair razılığa
gəldi. M.Abbas «Həmas» təşkilatındakı ekstremist qüvvələrə yerli
parlament seçkilərində iştirak imkanı vəd etməklə onların da bu razı-
laşmaya (yəni qeyri-zorakılıq) qoşulmasına nail oldu. 2005- ci ildəki
bələdiyyə seçkilərində Həmas təşkilatı qəti qələbə qazandı. Bunu
görən M.Abbas parlament seçkilərini 2006-cı ilə keçirdi.
2005-ci ilin martından İsrail Yerixon, daha sonra Tulkarm,
Ramallah, Kəlkiyyə və Vifleyem üzərindəki nəzarəti Fələstin
Muxtariyyətinə təhvil verdi. 2005-ci ilin avqustunda Qəzza zolağın-
dakı və Qərb sahildəki bir neçə İsrail yaşayış məskənlərinin (son-
radan salınmış) əhalisini İsrailin içərilərinə evakuasiya etdi. 2005-ci
ilin sentyabrında Qəzza sektorundan İsrail qoşunlarını çıxarmaqla 38
ililk işğala son qoydu.
Lakin Həmas təşkilatının 2006-cı il
parlament seçkilərindəki
tam qələbəsi vəziyyəti olduqca kəskinləşdirdi və əldə edilmiş uğurları
puç etdi. Hökumətdə rəhbərliyi ələ keçirmiş «Həmas» İsrail
dövlətinin varlığını belə tanımaq istəmir. Dünya ölkələrinin
təzyiqlərinə görə «Həmas» təşkilatı öz fəaliyyətində «Yol xəritəsinə»
istinad etməlidir. Lakin «Həmas» təşkilatının qəzəb doğuran
mövqeyi, hətta Fələstin muxtariyyəti daxilində də qarşıdurmalara
gətirib çıxarmışdır.
Məhz «Həmas» rəhbərliyinin mövqeyi və Livandakı terrorizm
yuvası olan «Hizbullahın» onunla həmrəyliyi səbəbindən İsrail həm
Fələstin muxtariyyəti ərazilərinə, həm də Livanın
cənubuna hərbi
qüvvələr yeritməli olmuşdur. (2006-cı il iyul). Hazırda Livanın işğal
olunmuş cənub bölgəsində (Hizbullahın bir qayda olaraq İsrailə
hücum etdiyi zolaqda) BMT sülhməramlı qüvvələrinin
yerləşdirilməsi ilə İsrail-Livan münaqişəsinin qarşısının alınması ra-
zılaşdırılır. FƏTH-dən fərqli olaraq Fələstinin «Həmas» hökuməti
beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Muxtariyyətin 100-dən
72
çox ölkə ilə diplomatik əlaqələri vardır.
Dostları ilə paylaş: