Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Sənayenin aparıcı sahələri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə34/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   30   31   32   33   34   35   36   37   ...   229
Sənayenin aparıcı sahələri. BƏƏ-nin təsərrüfatında milli 
gəlirin 80 faizdən artığı neft və qaz sənayesinin, qalanları isə digər 
sənaye sahələrinin payına düşür. Neft axtarışı və çıxarılması ilə xarici 
şirkətlər məşğul olur. Onların fəaliyyətinə  əmirliklərin dövlət 
şirkətləri nəzarət edir. 
Ölkənin milli sərvəti sayılan neftin aşkar edilmiş ehtiyatı 2005-
ci ilin məlumatlarına  əsasən təqribən 12,95 mlrd. ton və ya dünya 
neft ehtiyatının 10 faizini təşkil edir. Əgər ölkədə indiki həcmədə 
neft və qaz çıxarılsa bu ehtiyatlar XXII əsrin  əvvəllərinə  qədər 
kifayət edər. Neft ehtiyatları başlıca olaraq Dubay və Abu-Dabi 
 
62
əmirliyində cəmlənmişdir. Ölkədə hər il 65-70 mln. ton neft çıxarılır. 
Neft hasilatının 95 faizi iki əmirliyin Abu-Dabi (75 faiz) və Dubayın 
(20 faiz) payına düşür. Neft ixracatından əldə edilən gəlir onun dünya 
bazarındakı qiymətlərindən asılı olaraq dəyişir. Ölkədə ümumi gücü 
ildə 11 mln. tondan artıq olan neftemalı müəssisəsi fəaliyyət göstərir. 
Birləşmiş Ərəb Əmirlikləri OPEK-in (neft ixrac edən ölkələrin 
təşkilatı) digər üzvləri kimi neft ehtiyatlarından səmərəli istifadə edir. 
Çıxarılan neftin dünya bazarı tələbatından artıq olmaması məqsədi ilə 
OPEK neft hasil edən hər bir ölkə üçün norma (kvota) 
müəyyənləşdirir. 
Abu-Dabi, Dubay və digər  əmirliklərdə neftlə yanaşı  təbii 
qazda çıxarılır (ehtiyatı 5,3 trln. kub.m). Neft-qaz və onunla bağlı 
olan neft-kimya sənayesinin inkişafı ilə  əlaqədar  əmirliklərdə iri və 
müasir texniki tələbatlara cavab verən müəssisələr istifadəyə 
verilmişdir. Məsələn, Abu-Dabi əmirliyinin Umm-əl-Nar adasında 
neftemalı zavodu, Das adasında mayeləşdirilmiş qaz istehsal edən 
kompleks tikilmişdir. Dubay və  Şərca  əmirliklərində  də müvafiq 
olaraq neftemalı  və mayeləşdirilmiş qaz istehsal edən müəssisələr 
yaradılmışdır. Ölkənin digər şəhərlərində də neft və qaz ilə əlaqədar 
müxtəlif sənaye sahələri fəaliyyət göstərir. 
Ölkədə əmək qabiliyyəti olan adamların təqribən 50 faizi neft-
qaz sektorunda və ya həmin sektora xidmət sahələrində çalışır. 
Dubay əmirliyindəki alüminium zavodu (illik istehsal gücü 600 min 
ton) istehsal etdiyi məhsulun, demək olar ki, hamısını Yaponiyaya və 
digər ölkələrə ixrac edir. 2005-ci ildə ölkədə  fəaliyyət göstərən 10 
sement zavodu (Abu-Dabi, Dubay, əl-Ayn, Rəs  əl-Heymə  və digər 
şəhərlərdə) birlikdə 7 mln. ton məhsul istehsal etmişdir. Onun 4 mln. 
tonu ölkənin tələbatına, qalanı isə Küveytin İraq ilə münaqişəsi 
zamanı dağılmış binalarının, infrastruktur obyektlərinin və 
müəssisələrinin bərpası üçün sərf edilmişdir. 
Ölkədə fəaliyyət göstərən istilik elektrik stansiyalarında hər il 
təqribən 20-21 mlrd. saat elektrik enerjisi istehsal edilir. Bu da 
ölkənin tələbatını tam ödəyir. 
Ölkədə dövlət bölməsinə  məxsus istehsal ilə yanaşı xüsusi 
bölməyə aid olan milli sənaye sahələri (sement, yeyinti, toxuculuq
kağız-selliloz və s.) də inkişaf etdirilir. Yeyinti sənayesində başlıca 
yeri sərinləşdirici içkilər, balıq konservi, un istehsalı tutur. Kustar 
sənətkarlıq, əsas etibarilə xalçaçılıq, yun parça toxuculuğu, zərgərlik 


 
63 
və gümüş üzərində döymə (naxışsalma) inkişaf etmişdir. 
Ölkədə iki iri sənaye bölgəsi: Rusvaye (Abu-Dabidə) və Cəbəl-
Əli (Dubayda) formalaşmışdır. 1985-ci ildə Dubayın 35 km-dəki, 
Cəbəl-Əli bölgəsində sahəsi 100 kv. km olan «Azad iqtisadi zona» 
yaradılmışdır. Bu bölgədə 180-dən artıq orta və kiçik müəssisə 
vardır. Bunların da əksəriyyəti xüsusi bölməyə (ABŞ, Yaponiya) 
məxsusdur. Cəbəl-Əli bölgəsində yüngül sənaye müəssisələri 
(toxuculuq və tikiş) üstünlük təşkil edir. Cəbəl-Əli liamının müasir 
səviyyədə təchizatı, qiymətlərin, o cümlədən su və enerji təminatının 
ucuzluğu, fəhlə qüvvəsinin bolluğu «Azad iqtisadi zonanın»  əsas 
üstünlüyüdür. 
Cəbəl-Əli «Azad İqtisadi zonasının» (AİZ) ixtisaslaşmasında 
ticarət-kommersiya  əməliyyatları (74 faiz), sənaye (22 faiz) və 
xidmət sahələri üstünlük təşkil edir. Cəbəl-Əli AİZ-nın qısa 
müddətdə  əldə etdiyi nailiyyətlər BƏƏ hökumətini yeni AİZ-lar 
yaratmağa sövq edir. İndii ölkədə 9 AİZ fəaliyyət göstərir. Bu gös-
təriciyə görə o, Ərəb ölkələri sırasında birinci yeri tutur. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin