Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Nəqliyyatı, xarici ticarət və maliyyə sistemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə24/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   229
Xarici ticarət. Bəhreyni adətən «İran körfəzinin ticarət evi» 
adlandırırlar. Ticarət mərkəzi kimi o, çox-çox əvvəllərdən  şöhrət 
qazanmışdır. Məhdud təbii ehtiyatlara malik olan, lakin əlverişli 
coğrafi mövqedə yerləşən kiçik ölkə üçün ticarət iqtisadiyyatın 
həmişə mühüm tərkib hissəsi olmuşdur.  Əsrlər boyunca bu kiçik 
arxipelaq ticarət məntəqəsi kimi, burada yaşayan  əhali isə tacir, 
dənizçi və mirvari ovçusu kimi tanınmışdır. Mirvari ovu tənəzzülə 
uğrasa da ticarət  əvvəlki kimi ölkə iqtisadiyyatında böyük rolunu 
saxlamaqda davam edir. İqtisadçıların fikrincə müasir dövrdə 
Bəhreynin regional ticarət mərkəzi kimi «çiçəklənməsinin» başlıca 
amili İran körfəzində ağır sənayenin inkişafı ilə də əlaqədardır. Məhz 
elə bu amil Bəhreynin geri ixrac (reeksport) məhsulları mərkəzi kimi 
rolunu gücləndirir. 
Geri ixrac əməliyyatından ölkə xeyli miqdarda gəlir əldə edir. 
Geri ixracatda parça, paltar, ev əşyaları,  ərzaq məhsulları, oduncaq, 
dəzgah, metal avadanlıqları, sement və s. məhsullar üstünlük təşkil 
edir. Digər ölkələrdən alınan bu məhsullar Küveyt, Qətər, Səudiyyə 
Ərəbistanı  və  İrana satılır. Bəhreyn idxal etdiyi məhsullarının 40 
faizini ixrac edir. 
 
46
Bəhreyn neft, neft məhsulları, alüminium, plastik kütlə  və s. 
ixrac edir. Başlıca olaraq sənaye və  kənd təsərrüfatı avadanlıqları, 
nəqliyyat vasitələri,  ərzaq məhsulları, sənaye malları  və tikinti 
materialları idxal edilir. Ticarət etdiyi ölkələr Yaponiya, ABŞ, Böyük 
Britaniya, Almaniya, Hindistan, Səudiyyə  Ərəbistanı, Avstraliya 
İttifaqı və başqalarıdır. 
Maliyyə sistemi. 1975-ci ildən sonra Bəhreyn beynəlxalq bank 
mərkəzinə çevrildi və 2000-ci ilədək ölkədə 80-dən artıq xarici bank 
filialı açıldı.  Ərəb ölkələrinin ticarət banklarının  əksəriyyətinin 
Bəhreyndə şöbələri fəaliyyət göstərir. Ölkənin milli gəlirinin təqribən 
20 faizi müxtəlif maliyyə  əməliyyatlarından  əldə edilən gəlirin 
payına düşür.  İran körfəzində son illərdə baş vermiş böhranlarla 
əlaqədar digər  Ərəb  əmirlikləri kimi Bəhreyn də müəyyən mənada 
zərər çəkmişdir. Ölkənin maliyyə bank sisteminə  və  sənayesinə 
xüsusilə böyük ziyan dəymişdir. Bu zərərin bir hissəsinin neftdən 
gələn gəlirin hesabına ödənilməsinə baxmayaraq maliyyə  vəsaitinin 
çatışmaması ilə  əlaqədar Bəhreyn ölkənin iqtisadi inkişafı üzrə 
nəzərdə tutulan bəzi layihələrin həyata keçirilməsini müvəqqəti 
dayandırmağa məcbur olmuşdur. 
Ölkənin pul vahidi Bəhreyn dinarıdır. Təsbit edilmiş kursa 
görə 0,38 dinar 1 ABŞ dollarına bərabərdir (2005). 1975-ci ildən eti-
barən Bəhreyndə offşor bank əməliyyatlarının keçirilməsinə icazə 
verilmişdir. Hazırda ölkədə onlarca offşor bank fəaliyyət göstərir. 
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin